ABŞ-dakı diaspor təşkilatı Helsinki Komissiyasının Azərbaycanda prezident seçkilərinə dair açıqlamasına cavab verib

abs daki diaspor teskilati helsinki komissiyasinin azerbaycanda prezident seckilerine dair aciqlamasina cavab verib

Azərbaycan-ABŞ Mədəniyyət Mərkəzi ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair açıqlaması ilə bağlı bəyanat yayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanat ABŞ Konqresinə göndərilib.

 

Bəyanatda Komissiyanın Azərbaycanla bağlı açıqlamasının regionda təhlükəsizliyə təhdid yaratdığı qeyd edilib. Bildirilib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycan vətəndaşlarının 70 faizdən çoxu internet istifadəçisidir və Azərbaycanda internet azaddır. 
 

Bəyanatda o da vurğulanıb ki, müasir dövrdə regionda mürəkkəb geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik ünvanı olan Azərbaycan dövləti öz xalqının iradəsi əsasında müstəqil siyasət yürüdür: “Bu gün Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir. Azərbaycan Respublikasında qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub. Belə şəraitdə Azərbaycan prezidentinə qarşı atılan bu addımlar bizdə dərin təəssüf hissi oyadır”. 
 

Bəyanatda qeyd olunub ki, Azərbaycan ilə ABŞ arasında ortaq dəyərlər və maraqlara əsaslanan strateji tərəfdaşlıq əlaqələri mövcuddur. “ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevin prezident seçilməsi ilə əlaqədar ünvanlandığı təbrik məktubu Azərbaycanın ABŞ üçün dəyərli tərəfdaş olduğunun göstəricisidir. Azərbaycanla ABŞ terrorizmə qarşı birgə mübarizə apararaq, qlobal təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlıq edir. Biz Azərbaycanın dövlət başçısı İlham Əliyevi dəstəkləyir, Azərbaycan xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətində uğurlar arzulayırıq”, - deyə bəyanatda vurğulanıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini cayda batib
    Lerik sakini çayda batıb
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267