ABŞ-dakı diaspor təşkilatı Konqresin Helsinki Komissiyasına müraciət ünvanlayıb

abs daki diaspor teskilati konqresin helsinki komissiyasina muraciet unvanlayib

Nyu-Yorkdakı “Azərbaycan Evi”nin rəhbəri Münəvvər Vahabova  ABŞ Konqresinin Helsinki Komissiyasına bəyanat ünvanlayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasət yürütdüyü və atdığı addımların öz milli maraqlarına uyğun olaraq müəyyənləşdirdiyi qeyd edilib. Bununla yanaşı bildirilib ki, Azərbaycan müasir xarici siyasətinin təhlili onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq sistemin bütün aktorları ilə münasibətlərini daha çox ikitərəfli formatda qurmaqda və inkişaf etdirməkdə, həmçinin milli maraqlarına uyğun balans siyasətinə üstünlük verməkdə maraqlıdır.

 

Azərbaycan ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurduğu və tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb etdiyi də bəyanat öz əksini tapıb.

 

Bəyanatda, həmçinin bildirilib: “Azərbaycan 2011-ci ildə baş verən dəhşətli terror aktında dərhal ABŞ-ı dəstəklədiyini bütün dünyaya bəyan etmişdir. Bunun bir səbəbi ölkəmizin humanizm prinsiplərini rəhbər tutaraq hər cür terrorçu fəaliyyətin əleyhinə çıxış etməsidirsə, digər bir səbəbi isə 1990-cı illərdə Ermənistan Respublikası tərəfindən himayə edilən terrorçu qrupların hücumuna məruz qalması, yəni terrorun necə böyük bir bəla olduğunu bilməsidir” .

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini cayda batib
    Lerik sakini çayda batıb
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267