AMOR XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının Rusiya Milli Hazırlıq Komitəsinə daxil edilib

Moskvada XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının Milli Hazırlıq Komitəsinin geniş iclası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının keçirilməsi üzrə Rusiya Milli Hazırlıq Komitəsinin tərkibinə daxil edilib.

 

AMOR-un idarə heyətinin üzvü Emin Hacıyev bildirib ki, tədbirdə komitənin tərkibinə daxil olan 26 gənclər təşkilatının nümayəndələri iştirak ediblər.

 

Gənclərin İşləri üzrə Rusiya Federal Agentliyinin (Rosmolodyoj) rəhbəri vəzifəsini müvəqqəti icra edən Aleksey Palamarçuk 2015-ci ildən başlayaraq bu irimiqyaslı beynəlxalq gənclər tədbirinə hazırlığın müxtəlif mərhələlərindən ətraflı söz açaraq bildirib ki, “Rosmolodyoj” Rusiya Federasiyası prezidentinin tapşırığı ilə Ümumdünya Demokratik Gənclər Federasiyasına festivalın keçirilməsi ilə bağlı müvafiq müraciət göndərib.

 

Milli Hazırlıq Komitəsinin sədri Qriqori Petuşkov Leyla Əliyevanın başçılıq etdiyi AMOR-un fəaliyyətini yüksək qiymətləndirib. O, Rusiya ilə Azərbaycan gəncləri arasında dostluğun möhkəmlənməsində bu təşkilatın mühüm rol oynadığını qeyd bildirib. Q. Petuşkov AMOR-un böyük müvəffəqiyyətlə keçən VII Forumundan da danışıb.

 

E.Hacıyev bildirib ki, iclasın yekunlarına görə, AMOR XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının Rusiya Milli Hazırlıq Komitəsinə qəbul edilib: "AMOR-un könüllülər dəstəsi komitədə təşkil edilən işçi qruplarda çalışacaq və bu irimiqyaslı tədbirə hazırlıq işlərində bilavasitə iştirak edəcək".

 

Xatırladaq ki, Rusiyanın ictimai gənclər birliklərinin liderlərindən ibarət olan Milli Hazırlıq Komitəsi festivalın əsas təşəbbüskarı və təşkilatçısıdır. XIX Ümumdünya Gənclər və Tələbələr Festivalı 2017-ci il oktyabrın 14-dən 22-dək Soçidə keçiriləcək. Festivalda dünyanın 150 ölkəsindən 20 mindən çox gənc iştirak edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • jurnalist rasim eliyevin olumunde teqsirlendirilen sexslerin apellyasiya sikayetleri temin edilmeyib
    Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin...
  • azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir
    Azərbaycanda 17 rayonda 23 modul tipli məktəb quraşdırılır...
azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8627
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ