Astanada 20 Yanvar faciəsi ilə bağlı sərgi keçirilib

Qazaxıstanın paytaxtı Astanada “Qara yanvar – müstəqilliyə doğru yol” adlı fotosərgi keçirilib. Azərbaycanın Qazaxıstandakı Səfirliyindən APA-ya verilən məlumata görə, səfirlik tərəfindən təşkil edilən sərgi prezident Kitabxanasının Muzeyində baş tutub.

 

Sərgi Muzeyin “Mədəniyyət vasitəsilə dialoq” adlı beynəlxalq layihəsi çərçivəsində nümayiş olunub. Fotomateriallar “Azərtac” Azərbaycan dövlət informasiya agentliyi tərəfindən təqdim edilib. Fotosərgi yanvarın 20-dək fəaliyyət göstərəcək.

 

Tədbirdə ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatının nümayəndələri və diaspor fəalları iştirak edib. Muzeyin direktoru Beysinbay Jumabekov bildirib ki, bu tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin unudulmadığını göstərir.

 

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə çıxışında vurğulayıb ki, 20 Yanvar Azərbaycan xalqının mübarizə tarixində ən şanlı səhifələrdən biridir.

 

Sonra qonaqlar sərgi ilə tanış olublar. 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gedebey sakini tanisi terefinden doyulub
    Gədəbəy sakini tanışı tərəfindən döyülüb
  • semkirde 3 otaqli evde yangin olub
    Şəmkirdə 3 otaqlı evdə yanğın olub
semkirde 3 otaqli evde yangin olub semkirde 3 otaqli evde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ