Azərbaycan nümayəndə heyəti Kaliforniya siyasi xadimləri ilə görüşlər keçirib

Kaliforniyada səfərdə olan, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyəti San Fransisko Şəhər Şurasının üzvü Norman Yi, Kaliforniya Ştat Senatoru Ceri Hill ilə görüşlər keçirib.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə,

səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin San Fransiskoda yerləşən Presidio kilsəsi, “Grace Cathedral” kilsəsi və Şerit İsrail sinaqoqunu ziyarət edərək, onların fəaliyyəti ilə tanış olub.

  

 

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev görüşlərdə iştirak edib.

 

Görüşlər zamanı Azərbaycanın tarixi tolerantlıq və zəngin multikulturalizm ənənələri haqqında geniş məlumat verilib. Görüşlərdə Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları diqqətə çatdırılıb, həmçinin bu ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyi vurğulanıb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini cayda batib
    Lerik sakini çayda batıb
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267