Azərbaycanlı general: “Xarkov polisi övladımı döyənlərdən heç kimi cəzalandırmayıb”

azerbaycanli general xarkov polisi ovladimi doyenlerden hec kimi cezalandirmayib

Ukraynanın Xarkov şəhərində ötən ilin noyabr ayında azərbaycanlı general-leytenant Vüqar Ələsgərovun 7 yaşlı övladının təhsil aldığı məktəbdə hücuma məruz qalaraq döyülməsi ilə bağlı saxlanılan yoxdur.

 

V. Ələsgərov APA-ya açıqlamasında bildirib ki, bundan narazı qaldığı üçün rəsmi qurumlara müraciət edib.

 

O, övladının təhlükəsizliyindən narahat olduğunu, buna görə artıq onun təhsil aldığı məktəbi dəyişdirdiyini bildirib.

 

 

V. Ələsgərov qeyd edib ki, faktla bağlı xeyli vaxtdır ki, Xarkov şəhər Orconikidze Rayon Polis İdarəsində Ukrayna Cinayət Məcəlləsinin 125.1-ci maddəsi ilə (azyaşlı uşağın qəsdən sağlamlığına zərər vurma məqsədi ilə kütləvi halda amansızlıqla döyülərək xəsarət alması) cinayət işi açılmasına baxmayaraq, hələ də heç kim istintaqa cəlb olunmayıb, saxlanılan yoxdur: “Halbuki, hadisəni törədən yuxarı sinif şagirdləri və təşkilatçı məktəb direktoru hadisə günü məni və uşağın anasını etnik zəmində təhqir edib, bizdən Xarkovdan gedib vətənimiz Azərbaycanda yaşamağı tələb etmişdilər.

 

Cinayət işi açılandan sonra məktəb direktor Olqa Vorobyova əvvəlki təhdidinin əksinə olaraq uşağımın yenidən orada oxumasını xahiş etsə də, mən ciddi təhlükə gördüyüm üçün həmin məktəbə artıq etibar etmirəm”.

 

Məsələ ilə Azərbaycanın Ukraynadakı səfirliyinə rəsmi müraciət etdiklərini deyən V. Ələsgərov bildirib ki, onlara heç bir kömək edilməyib: “Hamısının xəbəri var. Bu yaxınlarda səfir Xarkova gələndə məsələ ilə bağlı görüşmək istədim, amma mənə dedilər ki, bu məsələ proqramda yoxdur və mənimlə görüşmədi. Mən uzun illər burada xidmət etmiş generalam və ailəmin burada etnik zəmində təhqir edənlərin cəzasız qalması bizi narahat edir”.

 

Qeyd edək ki, ötən il noyabrın 3-də V. Ələsgərovun Xarkov şəhəri 71 saylı orta məktəbdə birinci sinifdə oxuyan oğlu Müzəffər Ələsgərov yuxarı sinif şagirdlərindən ibarət dəstənin hücumuna məruz qalaraq döyülüb və xəsarət alıb.

 

V. Ələsgərov bildirib ki, bunun nəticəsində oğlunun dişləri sındırılıb, bədəni və başından xəsarətlər alıb: “Mən məktəbin direktoru Olqa Vorobyovadan hadisə haqda məlumat almaq istəyərkən, o üstümə yuxarı sinif şagirdlərini çağırıb, hədə-qorxu gəlməyə başladı. Direktor “Sizin Ukraynada nə işiniz var ki, bunlar da başınıza gəlsin?”, dedi. Mən 30 il Ukrayna ordusunda xidmət etmişəm. Hadisə barədə polisə də məlumat vermişəm. Lakin polis məsələyə laqeyd yanaşır. Biz bunu özümüzə qarşı basqı kimi qiymətləndiririk”, – deyə V. Ələsgərov qeyd edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ