Azərbaycanlı iş adamları: “Xarkov polisi bizə kömək etmir, “Azov” batalyonu isə hədələyir”

azerbaycanli is adamlari xarkov polisi bize komek etmir azov batalyonu ise hedeleyir

Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamlarına hücum edən “Azov” batalyonunun hərbçilərinin axtarışı dayandırılıb. Azərbaycanlı iş adamları buna etiraz olaraq polis idarəsi qarşısında etiraz aksiyası keçiriblər.

 

İş adamı Vüqar Kərimoğlu APA-ya bildirib ki, onların polisə yazılı müraciətinə baxmayaraq, Ukrayna Milli Polisinin Xarkov şəhərinin Şevçenko rayon polis idarəsində cinayət işi üzrə istintaq dayandırılıb.

 

O qeyd edib ki, ötən gün bununla bağlı polis idarəsi qarşısında öz etirazlarını bildiriblər: “Polisdən isə bildirdilər ki, buradan dağılışaq, əks halda bizi dəyənəklə döyərək dağıdacaqlar. Heç bir məlumat vermirlər, heç bir kömək göstərmirlər. Konsulluğumuza da müraciət etmişik, amma nəticə yoxdur”.

 

Biznesmen Mehrab Usubov isə bildirib ki, hərbçilərin onları qarət etməsi nəticəsində 10 min dollar maddi ziyan görüblər: “Hər şey polisin gözünün qarşısında oldu. Bizi talayıb getdilər, hər gün hədələnirik. Polis nə o vaxt müdaxilə etdi, nə də indi şikayətimizə baxır”.

 

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov isə APA-ya açıqlamasında bildirib ki, ona bu barədə heç bir müraciət olmayıb: “Xarkovda etnik zəmində azərbaycanlılara qarşı heç bir fakt barədə eşitməmişəm. Yazılı müraciət etsinlər ki, biz də onun əsasında aidiyyəti qurumlara müraciət edək”. Onun sözlərinə görə, reyd zamanı azərbaycanlı iş adamlarının fəaliyyətində qanunsuzluq aşkarlanıb. Lakin konsul reydin niyə polis və aidiyyəti qurumlar tərəfindən yox, məhz “Azov” hərbçiləri tərəfindən həyata keçirildiyi barədə suala cavab verməyib.

 

Qeyd edək ki, Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlı “Azov” batalyonunun maskalı hərbçiləri dekabrın 15-də Xarkovun Qələbə prospektində beş azərbaycanlı iş adamına məxsus yolka satışı məntəqəsini dağıdıb, əmlaklarını əlindən alıb, özlərinə isə fiziki xəsarət yetiriblər. Hərbçilər azərbaycanlıları etnik zəmində təhqir edərək, onlara yolkalarını Azərbaycanda satmalarını tövsiyə ediblər. İş adamları satış məntəqəsini yerli qurumların rəsmi icazəsi əsasında işlətdiklərini bildirirlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ