Azərbaycanlıların beynəlxalq Köln forumu keçirilib

azerbaycanlilarin beynelxalq koln forumu kecirilib

Bu gün Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə "Azərbaycanlıların beynəlxalq Köln forumu" keçirilib.

 

Assambleyadan APA-ya verilən məlumata görə, forumda Avropa və postsovet olkələrində fəaliyyət göstərən 23 diaspor təşkilatının rəhbəri, ictimai-siyasi və elm xadimləri, xarici ölkə təmsilçiləri  iştirak ediblər. 

 

Tədbirə həmçinin Almaniyada hazırda iqtidarda olan Xristian Demokrat  Partiyasının  millət vəkili  Serap Gülər  və Koln şəhər bələdiyyəsinin rəhbərliyi qatılıb.

 

Forumda “Azərbaycanda alman diasporasının tarixi”, “Tarixdən günümüzə qədər soyqırım və terrorizm”,  “Avropa siyasi həyatında Türk qadını”, “Beynəlxalq miqrasiya siyasəti və mühacirlərin yaşadıqları ölkələrdə qarşılaşdıqları problemlər” mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Forum adından bir sıra beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Müraciətdə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz  azad olunması ilə bağlı qətnamələri xatırladılıb, AZərbaycanın ərazi bütövlüyünün bərpasının dəstəklənməsinə çağırış edilib.

 

   

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kamal abdullanin yarimciq elyazma eseri gurcu diline tercume olunub
    Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri gürcü dilinə tərcü...
  • socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur
    SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı lazımı tədbirlər...
socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur +2
MƏZƏNNƏ
FOREX
/ 31 Mart, 2017

USD
1.7238
 
EUR
1.8536
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ