Leoni Mergenin “Qarabağ kolleksiyası” Berlin Moda Həftəsində təqdim olunub

Almaniyanın paytaxtı Berlin şəhərində “MERCEDES BENZ MODA HƏFTƏSİ” çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutan tədbirdə Qarabağ mövzusu və irsi diqqət mərkəzində olub.

 

Berlində yaşayan gənc dizayner Leoni Mergenin hazırladığı yeni “Qarabağ kolleksiyası” podiumda təqdim edilib.

 

TEAS-dan APA-ya bildirilib ki, Leoni hazırkı kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq, ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalarından ibarətdir. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxaları və qollu çuxalar təqdim olunub: “Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır  Atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür”.

 

Məlumata görə, moda sənayesində çalışan 500-dən artıq peşəkar modelyer, moda üzrə ixtisaslaşan jurnalist və xarici qonağın iştirakı ilə keçirilən bu şou Berlində tarixi “Kaufhaus Jandorf” sərgi məkanında baş tutub. Azərbaycan muğamı və instrumental musiqisi sədaları altında podiuma çıxarılan kolleksiya 26 müxtəlif geyim nümunələrdən ibarət olub. Leoni Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən, eyni zamanda texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu kolleksiya hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədi ilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir. 

 

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov bildirib ki, Qarabağ kolleksiyası TEAS üçün çox maraqlı layihədir: “Biz berlinli gənc dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və bu layihəni dəstəkləməkdən məmnunuq. Beynəlxalq media məkanında  yüksək səviyyədə  işıqlandırılan və geniş auditoriyanın diqqətini cəlb edən Berlin Moda Həftəsi çərçivəsində Dağlıq Qarabağın Ermənistanın  işğalı altında olduğunu göstərmək və milli mədəni irsimizi qorumaq üçün çox gözəl imkandır”.   

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • batumide 28 may respublika gunu qeyd olunub
    Batumidə 28 may - Respublika Günü qeyd olunub
  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ