Dünya Azərbaycanlıları Assambleyası "Siyasi məhbuslara dəstək" aksiyasını pisləyən müraciət qəbul edib

dunya azerbaycanlilari assambleyasi siyasi mehbuslara destek aksiyasini pisleyen muraciet qebul edib

Dünya Azərbaycanlıları Assambleyası (DAA) yanvarın 18-də Almaniyanın Berlin şəhərində yaşayan bir qrup azərbaycanlının Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi qarşısında "siyasi məhbuslara dəstək" adı altında aksiya keçirməsi ilə bağlı xaricdə yaşayan soydaşlarımıza Müraciət qəbul edib.

 

DAA-dan APA-ya daxil olan müraciətdə ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyi bir vaxtda ermənipərəst qüvvələrin guya Azərbaycan Respublikasında insan haqlarının tapdandığını, "siyasi məhbus" probleminin olduğunu təbliğ edərək, ölkəmiz haqda qeyri-demokratik imic yaratmağa cəhd etdikləri və Dağlıq Qarabağ ermənilərinin belə bir qeyri-demokratik rejimdə yaşaya bilməyəcəyini diqqətə çatdıraraq Qarabağ probleminin öz xeyirlərinə həllinə çalışdıqları vurğulanır və həmin aksiya ermənipərəst çevrələrin “dəyirmanına su tökmək” kimi qiymətləndirilir.

 

Müraciətdə, həmçinin bildirilir ki, Assambleya Azərbaycan Respublikasının əleyhinə olan, onun beynəlxalq nüfuzuna zərrə qədər xələl gətirə biləcək hər hansı bir xırda addımın belə atılmasına qarşıdır. Sənəddə soydaşlarımız belə tədbirlərdə iştirak etməməyə, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və haqq səsimizi dünyaya çatdırmağa, Qarabağ probleminin xalqımızın maraqları və beynəlxalq qanunlar çərçivəsində, ədalətli həllinə nail olunması istiqamətində çalışmağa çağırılır. Müraciətdə daha sonra deyilir: “Qonşu işğalçı dövlət hər vəchlə Azərbaycana qarşı təbliğatda istifadə etmək üçün əsaslar hazırlamağa cəhdlər göstərir. Bu cür addımlar yalnız işğalçı ölkənin diaspor təşkilatları və lobbiçiləri üçün “əlverişli” fürsət hesab oluna bilər. Aldığımız məlumatlara görə, keçiriləcək aksiyanı izləyib lentə alacaq şəxslər arasında işğalçı ölkənin diplomatik korpusunun nümayəndələri olacaqlar. Məhz sözügedən aksiya onlara ölkəmizin beynəlxalq aləmdə nüfuzuna zərbə vurmaq üçün fürsət verə bilər”.

 

Müraciət müəllifləri xaricdə yaşayan azərbaycanlıları antiAzərbaycan qüvvələri tərəfindən təxribatların çoxaldığı bu məqamda  düşmən ölkənin əlinə fürsət verməməyə  və dövlətimizin yanında olmağa  səsləyir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celilabadda magaza yanib
    Cəlilabadda mağaza yanıb
  • isvecrede mugam axsamlari kecirilib
    İsveçrədə muğam axşamları keçirilib
isvecrede mugam axsamlari kecirilib isvecrede mugam axsamlari kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ