Dünya azərbaycanlılarının Köln forumu keçiriləcək

dunya azerbaycanlilarinin koln forumu kecirilecek

Almaniyanın Köln şəhərində  Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə dünya azərbaycanlılarının Köln forumu keçiriləcək.

 

Assambleyadan APA-ya verilən məlumata görə, forumun təşkilatçılığı üçün foruma hazırlıq komitəsi yaradılıb və bu günə qədər 42 ölkədən 250 nəfər tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib.

 

Forumda bir çox beynəlxalq qurumların rəsmilərinin, Almaniya siyasi partiyaları, qeyri-hökumət təşkilatları təmsilçilərinin, bələdiyyə rəhbərlərinin, habelə Xarici İşlər Nazirliyinin,  Azərbaycan Diaspor Komitəsinin məsul əməkdaşlarının, diplomatik korpusun səlahiyyətli şəxslərinin, parlament üzvlərinin, media təmsilçilərinin iştirakı gözlənilir.

 

Forumun moderatoru Soyqırımları Araşdırma Fondunun rəhbəri Sefa Yürükəl olacaq. Tədbirdə “Azərbaycan-Avropa əməkdaşlığının hazırki durumu”, “Cənubi Qafqazda dondurulmuş münaqişələr və Dağlıq Qarabağ məsələsi”, “Avropada yaşayan Türkiyə və Azərbaycan qadınlarının milli mübarizədə yeri və rolu”, “Mədəniyyətlər və Dinlərarası Dialoq - Tolerantlığın Azərbaycan nümunəsi”, “Miqrasiya və inteqrasiya kimi” vacib və aktual  mövzular müzakirə ediləcək. 

 

 

Tədbirin gedişatında Azərbaycan istehsalı olan “Made in Azerbaijan” markasını daşıyan müxtəlif məhsulların  təqdimatı da nəzərdə tutulub.

 

Forumun sonunda iştirakçılar üçün Azərbaycan Mədəniyyət Gecəsi də keçiriləcək.

 

Toplantının sonunda dünya azərbaycanlılarına, beynəlxalq təşkilatlara Dağlıq Qarabağ problemi ilə bağlı müraciət qəbul olunacaq.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qebelede su festivali kecirilib
    Qəbələdə su festivalı keçirilib
  • azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib
    Azərbaycanla Monteneqro icazəsiz yaşayan şəxslərin readmissi...
azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ