Ermənilərin Parisdə Xocalı anım konsertini pozmaq cəhdləri uğursuzluqla nəticələnib

Fevralın 26-da erməni ekstremistlərindən ibarət bir qrup gənc Parisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş konsertin keçirildiyi “Église Saint-Roch” kilsəsi yaxınlığında zorakı üsullarla etirazlarını nümayiş etdirməyə cəhd göstəriblər.

 

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, etirazçılar kilsəni mühasirəyə almaq və iştirakçıların konsert məkanına daxil olmalarını əngəlləmək üçün cəhdlər göstərib, nəticədə qonaqlar arxa girişdən istifadə etməyə məcbur olublar.

 

Ekstremistlər kilsəyə daxil olmağa çalışan yaşlı bir qadını yerə yıxıblar. Ermənilərin qışqırıqları konsert başlamazdan öncə eşidilsə də, gözəl musiqi və iştirakçıların gurultulu alqışları bu səsləri asanlıqla boğub.

 

300 qonağın iştirak etdiyi konsert iştirakçıları arasında Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri  Elçin Əmirbəyov, Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov və Azərbaycan Dostları Assosiasiyasının prezidenti, millət vəkili Jan-Fransua Mansel də olub.

 

Konsertdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Elegiya”, Xəyyam Mirzəzadənin “Bərzani” və ispan bəstəkar Enrike Qranadosun “Orientale” adı əzəmətli və ecazkar əsərləri “Quatuor Chagall” kvarteti tərəfindən ifa edilib.

 

Konsert fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” simfonik poemasının ifası ilə başa çatıb.

 

Əsər skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqini tərənnüm etməklə güclü təsir yaradır.

 

P.Tilloyun bəstəsini azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnet ifaçısı Anna Gagane və “Quatuor Chagall” kvarteti ifa edib.

 

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin bildirib ki, musiqi susmaq mümkün olmayanda bildirə bilmədiklərini ifadə edir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızğın vaxtında Xocalı şəhərini işğal edənlər mülki əhalinin şəhərdən qaçmaq istəyən zaman kütləvi qırğına məruz qoyublar. Kişi, qadın, uşaq və qocalar da daxil olmaqla, ümumilikdə 613 nəfər həlak olub.

 

Bu kədərli müharibə cinayəti nasistlərin 1944-cü ildə Normandiyanın işğalından sonra Oradour-sur-Glane kəndinin əhalisinə qarşı törətdiklərini xatırladır.

 

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğalçı siyasətini pisləyən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu günə qədər Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğal altında saxlamaqda davam edir. Bir milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində məskunlaşıblar. Bugünkü musiqili anım gecəsi Xocalı qurbanlarının xatirəsinə və yalnız bir arzusu – evlərinə qayıtmaq istəyi olan azərbaycanlılara həsr olunub”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:36 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • quba qusar yolunda iki avtomobil toqqusub iki nefer olub bes nefer xesaret alib yenilenib
    Quba-Qusar yolunda iki avtomobil toqquşub, iki nəfər ölüb, b...
  • azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib
    Azərbaycan və Özbəkistan arasında dəmir yolu sahəsində əməkd...
azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ