Fransada Novruz bayramı qeyd edilib

Azərbaycanın Fransadakı səfirliyi, Azərbaycanın Dostları Assosiasiyası və Parisdəki “Azərbaycan Evi” Novruz bayramı münasibəti ilə Fransanın Arkaşon şəhərində bir sıra tədbir keçirib.

 

“Azərbaycan Evi”nin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın APA-ya verdiyi məlumata görə, Arkaşon şəhər bələdiyyəsində deputat-mer İv Fulon, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, deputat Jan-Fransua və Mansel Azərbaycan Mədəniyyət Evinin rəhbəri arasında rəsmi görüş olub.

 

Sonra Toplantılar Sarayında “Azərbaycan - ənənələr və müasirlik ölkəsi” mövzusunda konfrans başlayıb. Tədbirdə Azərbaycanla bağlı qısa təqdimat olub. Səfir E. Əmirbəyov Azərbaycan tarixi, mədəniyyəti və ənənələri barədə danışıb. Tədbirdə ölkəmizdə ictimai həyat, təhsil, təbii sərvətlər, eləcə də, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğal edilməsi və Minsk Qrupunun həmsədrlərindən biri kimi bu münaqişənin həllində Fransanın rolu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

 

 Azərbaycana tanışlıq Bakı Media Mərkəzinin istehsalı olan və Azərbaycan Demokratik Respublikasının 1919-cu ilin yanvarında Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin mürəkkəb taleyindən bəhs edən “Ömürlük ezamiyyət” adlı sənədli filmin göstərilməsi ilə davam etdirilib.

 

Filmə baxışdan sonra Arkaşon şəhərinin meri İv Fulon Novruz bayramına və Azərbaycana həsr olunan və martın 31-ə kimi davam edəcək foto və rəsm sərgisinin açılışını edib. Sərgidə nümayiş etdirilən foto və rəsm əsərlərinə baxışdan sonra tədbir Olimpiya Teatrında Azərbaycan nümayəndə heyətinin rəsmi qəbul mərasimi ilə davam etdirilib. Səfir E. Əmirbəyov meriya tərəfindən təşkil olunmuş qəbula görə Azərbaycanın Dostları Assosiasiyasına, Azərbaycan Evinə və Arkaşon şəhər rəhbərliyinə minnətdarlığını bildirib. O, Novruz bayramı ənənələrindən və əsrlərlə Azərbaycanda möhkəmlənmiş mültikulturalizm mühitindən söz açıb. Yusif Qasımovun bədii rəhbərliyi altında çalışan “Bakının ulduzları” rəqs ansamblının ifasında ənənəvi Azərbaycan rəqslərindən ibarət tamaşa da göstərilib. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ