Fuad Muradov Fransanın Kalmar şəhərinin meri ilə görüşüb

fuad muradov fransanin kalmar seherinin meri ile gorusub

Bakıda səfərdə olan Fransanın Kalmar şəhərinin meri Gilbert Meyer, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

 

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Dövlət Komitəsi ilə Kalmar şəhəri arasında əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, gələcək fəaliyyət planları müzakirə edilib, Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlərə dair təkliflər səsləndirilib və konkret addımlar barədə fikir mübadilə aparılıb.

 

Görüşdə eyni zamanda, son vaxtlar ermənipərəst diaspor təşkilatlarının dəvətilə Fransanın rəsmi şəxslərinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlərinin artmasından dərin narahatlıq ifadə olunub.

 

Qeyd edək ki, Fransanın Kalmar şəhərinin meri Gilbert Meyer Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşü zamanı çəkdirdiyi fotonu rəsmi facebook səhifəsində paylaşaraq bu barədə izləyicilərinə də məlumat verib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini cayda batib
    Lerik sakini çayda batıb
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267