Kaliforniyada Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlər keçirilib.

 

Rayon İH-dən APA-ya verilən məlumata görə, bu məqsədlə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovun rəhbərliyi ilə 20 nəfərdən ibarət nümayəndə heyəti Kaliforniyada səfərdədir.

Proqrama uyğun olaraq Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər, Los Anceles və San Dieqo şəhərlərində konsertlər keçirilib, “Əli və Nino” filmi nümayiş etdirilib, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərgi və   Los Anceles və San Dieqo şəhərlərinin rəsmi dairələrində görüşlər olub.

Mayın 6-da Los Ancelesdə ən qədim və nüfuzlu incəsənət məkanlarından olan Orfeum Teatrında təşkil olunmuş konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən  milli musiqi və rəqslər təqdim olunub.

Tədbirin əvvəlində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və  Azərbaycanın  Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış ediblər.

Asif Əsgərov  Heydər Əliyevin həyat yolu və müasir Azərbaycanın qurulmasında xidmətləri barədə danışıb.

Sonra Heydər Əliyevin həyatını əks etdirən video-çarx nümayiş olunub.

Daha sonra incəsənət ustalarının konsert proqramı təqdim olunub. Xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova və gənc müğənni  Arzu Əliyeva, rəqqasə Röya Əliyeva, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, tanınmış ifaçılar Aydın Əliyev, Elşən Qasımov və Nərgiz Əliyevanın çıxışları rəğbətlə qarşılanıb.

Konsertdən sonra Los Ancelesin siyasi – ictimai xadimlərinin, tanınmış mətbuat nümayəndələrinin, eləcə də xarici ölkələrin Los Ancelesdə akkreditlə olunmuş baş konsul və fəxri konsullarının, həmçinin Azərbaycan diasporu və digər dost icmaların aparıcı təmsilçilərinin iştirakı ilə geniş qəbul keçirilib.

Nəsimi rayonu İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə  silsilə tədbirlər Kaliforniya  ştatının  ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində davam etdirilib.

Mayın 9-da  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın San Dieqo şəhərinin mərkəzində yerləşən  Regal Cinema Mərkəzində  nümayiş olunub.

San Dieqoda növbəti tədbir Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr olunmuş fotosərgi tanınmış sənət mərkəzlərindən olan Meyer İncəsənət Qalereyasında   açılıb. “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı sərgidə mart ayında Bakıya səfər etmiş  Nikolas Agelidis tərəfindən çəkilmiş fotoşəkillər nümayiş etdirilib.

Mayın 10-da isə Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında keçirilmiş konsertə 1300 nəfərdən çox şəhər sakini tamaşa edib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və  Azərbaycanın  Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış ediblər.

Tədbirdə çıxış edən San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının üzvü Ron Roberts mədəniyyət gecəsinin təşkilinə görə təşəkkürünü bildirib. O, Azərbaycanın inkişafını və güclənməsini son illərdə yaxından izlədiyini qeyd edərək, Bakı ilə San Dieqo arasındakı münasibətlərin  getdikcə daha da yaxınlaşmasından məmnun olduğunu diqqətə çatdırıb.

R.Roberts çıxışının sonunda 10 mayın San Dieqo Vilayətində “Azərbaycan Musiqisi Günü” elan edilməsinə dair bəyannaməni təqdim edib.

Sonra Heydər Əliyevin ömür yolunu əks etdirən video-material tamaşaçıların diqqətinə təqdim olunub.

Daha sonra  Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunub.

Qeyd olunub ki, Kaliforniyada işçi səfərdə olan Nəsimi rayon nümayəndə heyəti tərəfindən Los Anceles və  San Dieqo şəhərində San Dieqo Vilayətinin Nəzarətçilər Şurasında, San Dieqo Şəhər Şurasında və digər önəmli rəsmi dairələrdə bir sıra görüşlər keçirilib.

Keçirilən görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  2011-ci ildən San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə Bakının Nəsimi rayonunun qardaşlaşdığını qeyd edərək, Bakı ilə San Dieqo arasında 6 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin iki xalq arasındakı əlaqələrin gücləndirilməsi baxımından yüksək önəm daşıdığını qeyd edib.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iran turkmenistani mehkeme ile hedeleyib
    İran Türkmənistanı məhkəmə ilə hədələyib
  • ankarada qarabag parkinin acilisi olub
    Ankarada Qarabağ Parkının açılışı olub
ankarada qarabag parkinin acilisi olub ankarada qarabag parkinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ