Kipr televiziyasında “Bakı-2017”yə həsr olunmuş veriliş hazırlanıb

kipr televiziyasinda baki 2017 ye hesr olunmus verilis hazirlanib

Şimali Kipr Türk Respublikasının “Gənc TV” kanalında “Bakı-2017” - IV İslam Həmrəyliyi Oyunları və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə həsr edilmiş proqram nümayiş olunub.

 

APA-nın xəbərinə görə, “Həftəyə baxış” adlı canlı yayımlanan analitik verilişdə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb. O, 54 ölkədən üç minə yaxın idmançının Azərbaycana gəlməsinin təsadüf olmadığına diqqət çəkib, bu kimi tədbirlərin davamlı olacağını bildirib. 

 

Proqramda Rusiya Ali Məhkəməsində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi məsələsinə də toxunulub. O. Həsənoğlu  bildirib ki, Rusiyada yaşayan milyonlarla azərbaycanlını birləşdirən bir təşkilatın bağlanması, diplomatik və etik qaydalara da uyğun deyil: “Rusiya ilə strateji müttəfiqik. Eyni zamanda, həmin ölkədə yaşayan soydaşlarımız, Rusiya vətəndaşlarıdır. Rusiyanın öz vətəndaşlarının təmsil olunduğu bir konqresi bağlaması həmin ölkənin vətəndaşlarına olan münasibətini göstərir”. 

.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn yevlaxda xestexanada bas veren yangin sondurulub yenilenib 2
    FHN: Yevlaxda xəstəxanada baş verən yanğın söndürülüb - YENİ...
  • sehidin medali ailesine teqdim olunub
    Şəhidin medalı ailəsinə təqdim olunub
sehidin medali ailesine teqdim olunub sehidin medali ailesine teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ