Kiyevdə azərbaycanlılar tərəfindən etnik xalqların onlayn mərkəzi yaradılır

kiyevde azerbaycanlilar terefinden etnik xalqlarin onlayn merkezi yaradilir

Ukraynanın paytaxtı Kiyevdə dünyadakı etnik xalqlara məxsus diaspor təşkilatları arasında onlayn mərkəz fəaliyyətə başlayır.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan (UABD) APA-ya verilən məlumata görə, onlayn mərkəz Kiyevdəki Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) tərəfindən yaradılır. Dünyadakı bütün təşkilatlara bu sistemə qoşulmaq üçün müraciət ediləcək.

 

UABD-nun sədri və DABKM-nin rəhbəri Hikmət Cavadov bildirib ki, onlayn mərkəzin yaradılmasında məqsəd dünyadakı bütün diaspor təşkilatları arasında fikir və layihə mübadiləsinin intensivləşdirilmək, birgə səmərəli layihələrə imza atmaqdır: “Mərkəzin funksiyası canlı translyasiya ilə ortaq konfransların keçirilməsi, birgə layihələrin onlayn müzakirəsi, eyni zamanda birgə qərarların daha çevik verilməsindən ibarət olacaq.

 

Bununla bağlı dünyada Azərbaycanın və digər türkdilli xalqların, hətta qoşulmaq arzusu olan digər dost xalqların təşkilatlarının fəal olduğu ölkələrdə görüşlərin keçirilməsini də planlaşdırmışıq. Əsasən Amerika və Avropadakı təşkilatlar bu məsələdə fəaldırlar. Onlayn mərkəzin qapısı bütün təşkilatların üzünə açıq olacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ