Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib

Kiyev şəhərində Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

 

Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirliyin və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ukraynanın dövlət və hökumət rəsmiləri, ali radanın deputatları, diplomatik korpus nümayəndələri və diaspor fəalları iştirak edib.

 

Azərbaycanla Ukraynanın dövlət himnlərinin sədaları alında başlanan tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək, 25 il bundan öncə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın beynəlxalq arenada əldə etdiyi yüksək nailiyyətlərdən söz açıb.

 

Səfir Azərbaycanla Ukrayna arasında mövcud olan strateji müttəfiqlik münasibətlərini müstəqillik tariximizin uğuru kimi dəyərləndirərək, tədbirə qatılanları qarşıdan gələn yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edib.

 

Ukrayna parlamentinin deputatları Sergey Taruta, Vladimir Arıyev və Qeorqi Loqviniski, müstəqillik tarixlərini qoşa addımlayan Azərbaycanla Ukraynanın beynəlxalq arenada eyni mövqedən çıxış etmələrindən və prinsipial məsələlərdə bir-birinə dəstək vermələrindən danışıblar.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ