Litvada Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib

Xocalı soyqırımının 25-ci ldönümü ilə bağlı Azərbaycanın Litvadakı səfirliyi Vilnüsda silsilə tədbirlər keçirib.

 

APA-ya Litvdakı səfirlikdən verilən məlumata görə, 20-22 fervalda soyqırımı ilə bağlı anım mərasimi, qanvermə aksiyası və fotosərgi təşkil olunub. Fevralın 20-də həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində səfirlik Litva Seymindəki Azərbaycanla Parlamentlərarası əlaqələr qrupu və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə Vilnüs şəhər Sarayında (Ratuşa) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. Mərasimdə dövlət qurumlarının nümayəndələri, diplomatik missiyaların rəhbərləri və əməkdaşları, ölkənin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla 200-dən artıq şəxs iştirak edib. Səfir Həsən Məmmədzadə  Xocalı soyqırımını rəsmi tanıyan ölkələrin sayının artdığını və beynəlxalq təşkilatlar tərəfindən tanınmasının vacibliyini vurğulayıb.

 

Litva Seyminin İnsan hüquqları komitəsinin rəhbəri, Azərbaycanla Parlamentlərarası əlaqələr qrupunun sədri Valerius Simulik çıxış edərək Xocalı soyqırımının ən qanlı faciələrdən biri olduğunu vurğulayıb, Litvanın daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib.

 

Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı Litva dilində qısa metrajlı film  nümayiş olunub, qonaqlara buketlər və “Xocalı 613” adlı əsərinin CD diskləri paylanılıb.

 

Fevralın 21-də Litva Milli Qan Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş  “Həyat üçün qan” adlı qanvermə aksiyası keçirilib. Qanvermə aksiyasının əsas məqsədi Litvada qanazlığından əziyyət çəkən xəstələrə kömək etmək olub.

 

Fevralın 22-də Litva Soyqırım Muzeyində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgi açılıb. Soyqırımı zamanı çəkilmiş 20-dək fotoşəkildən ibarət fotosərgi iki həftə nümayiş olunacaq.

 

Anım mərasimləri ilə bağlı Litvanın bir sıra elektron KİV və digər nüfuzlu informasiya agentlikləri və internet portallarında məqalələr dərc olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
09:05 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iyunun evvelinden neftin qiymeti ilk defe 50 dollari otub
    İyunun əvvəlindən neftin qiyməti ilk dəfə 50 dolları ötüb...
  • gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib
    Gürcüstanda yanğın nəticəsində üç azərbaycanlı ailə evsiz qa...
gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ