MM üzvlərinin Lüksemburq Parlamentində görüşləri keçirilib

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) lobbiçilik istiqamətində həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupunun ilk rəsmi görüşü keçirilib.

 

Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Lüksemburq Deputatlar Palatasının sədri Mars Di Bartolomeonun rəsmi dəvəti ilə Azərbaycan-Lükseburq parlamentlərarası dostluq qrupunun rəhbəri Elmira Axundova və millət vəkili Sabir Hacıyev bu ölkəyə səfər edərək, parlamentdə bir sıra görüşlər keçiriblər.

 

Nümayəndə heyəti Deputatlar Palatasının sədri Mars Di  Bartalomeo, Xarici və Avropa Məsələləri, Müdafiə, Əməkdaşlıq Komitəsinin sədri Mark Angel, Mədəniyyət üzrə dövlət katibi Guy Arendt və digər rəsmilərlərlə görüşüb. Bütün görüşlərdə BAK prezidenti Sahil Qasımov və Azərbaycanın Belçikadakı Səfirliyinin  müşaviri Elçin Bəşirov nümayəndə heyətini müşayiət edib.

 

Bir neçə gün davam edən səfər zamanı Lüksemburqun Parlament binası və Parlament meydanında Azərbaycanın bayrağı dalğalanıb. Səfərin ilk günü nümayəndə heyəti Parlament binası qarşısında erməni diasporunun etiraz aksiyası ilə qarşılansa da, bu, görüşlərin yüksək səviyyədə keçirilməsinə və proqramına mane olmayıb. Azərbaycan- Lüksemburq parlamentlərarası dostluq qrupunun səfəri və keçirdiyi görüşlər yerli mediada geniş işıqlandırılıb.

 

 

Qeyd edək ki, səfərin təşkilati işləri ilə əlaqədar olaraq BAK prezidenti Sahil Qasımov və qurumun Lüksemburqdakı ofisinin rəhbəri Jacque Henckeslə birlikdə Parlamentin I vitse-spikeri J.laurentlə, həmçinin Lüksemburq Xalq Partiyasının üzvləri ilə bir neçə dəfə görüşərək, təşkilati məsələlərlə bağlı müzakirə aparıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs herbi texnikasinin novbeti hissesi gurcustana getirilib fotosessiya
    ABŞ hərbi texnikasının növbəti hissəsi Gürcüstana gətirilib ...
  • sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq
    Sabah Bakıda 35, rayonlarda 42 dərəcəyədək isti olacaq ...
sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyul, 2017

USD
1.7009
 
EUR
1.9877
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ