Moldova hökumətinin Bürosunda Xocalı faciəsi ilə əlaqədar tədbir keçirilib

Fevralın 17-də Azərbaycanın Moldovadakı səfirliyi Moldova Azərbaycanlılar Konqresi ilə birgə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Moldova İctimai Palatanın iştirakı ilə Moldova hökuməti Etnik Əlaqələr Bürosunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

APA-nın Moldova müxbirinin xəbərinə görə, tədbirdə Moldova dövlət rəsmiləri, Moldova parlamentinin deputatları, ölkədə akkreditə olunmuş xarici diplomatlar, Azərbaycan diasporunun nümayəndələri, alimlər, politoloqlar, jurnalistlər, tələbə və gənclər iştirak edib.

 

Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra tədbir iştirakçılarına Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı faciəsi haqqında sənədli film nümayiş olunub.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Moldovadakı səfiri Qudsi Osmanov Xocalı soyqırımının dünyada tanınması və faciəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Həmçinin diplomat Xocalı faciəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının böyük rolunu vurğulayıb. O qeyd edib ki, bu səylər nəticəsində artıq böyük nailiyyətlər əldə olunub. O qeyd edib ki, bu səylər nəticəsində artıq böyük nailiyyətlər əldə olunub. "Onlarla jurnalist və şahidlər tərəfindən sənədləşdirilmiş bu faciə dünya ictimaiyyəti tərəfindən tanınmalı və siyasi-hüquqi qiymət verilməlidir. Cinayətkarlar cəzasız qalmamalıdır, çünki bu aqressorlara yeni cinayətlər törətməyə ilham verir", - deyə diplomat bildirib.

 

Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzov bildirib ki, Ermənistanın torpaqlarımıza məqsədyönlü təcavüzü nəticəsində bir milyon qaçqın və məcburi köçkünlər doğma torpaqlarından didərgin düşüblər. "Mən əslən hazırda ermənilər tərəfindən işğal altında olan Azərbaycanın Laçın rayonundanam. Bu gün heç bir azərbaycanlı bu doğma torpaqları ziyarət edə bilmir. Biz torpaqlarımızın geri qaytarılması və ədalətin bərqərar olmasına inanırıq və bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. İlk növbədə bu faciəni törədənlər cəzalandırılmalı, Xocalı qətliamına siyasi-hüquqi qiymət verilməlidir ki, bələ faciələr gələcəkdə təkrarlanmasın", - deyə diaspor sədri qeyd edib.

 

Etnik Əlaqələr Bürosunun baş direktoru Oleq Babenko çıxış edərək bildirib ki, belə faciə bəşəriyyət tərəfindən unudulmamalı və gələcək nəsillərə örnək olaraq çatdırılmalıdır. "Ən vacibi odur ki, bizim bu gün bu faciə barədə açıq danışmağa imkanımız var", - deyə o vurğulayıb. 

 

Türkiyənin Moldovadakı  səfiri  Hulusi Kılıç qardaş Azərbaycanın ağrısı olan Xocalı faciəsinin Türkiyənin də ağrısı adlandırıb. O bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər, Türkiyə ilə Ermənistan sərhədləri açılmayacaqdır. Eyni zamanda, səfir Birinci Dünya müharibəsində olmayan soyqırım axtaranlara öncə yaxın tarixdə baş vermiş Xocalı faciəsinə diqqət yetirməyi tövsiyə edib.

 

Moldova Parlamentinin deputatı, parlamentin xarici siyasət və Avropa  inteqrasiyası komissiyasının sədr müavini Sergey Stati bildirib ki, Xocalı faciəsi dünya ictimaiyyəti üçün siyasi, millətçi ambisiyaların və işğalçı əməllərin əsl qiymətinin göstəricisidir. "Bizim ölkələri indiyədək həll olunmayan ərazi konfliktlərin mövcudluğu və yaşanmış müharibələrin dəhşətləri birləşdirir. Və bu hadisələrin nəticəsi hər iki dövlət üçün eynidir: çoxsaylı günahsız insan qurbanları", - deyə deputat qeyd edib.

 

Bakı Beynəlxalq Multikulturalızm mərkəzinin Moldovadakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu çıxışında insanlığa qarşı törədilən bu ağır cinayətlərə görə səbəbkarların məsuliyyətə cəlb olunmağının vacibliyini qeyd edib. Eyni zamanda, o Azərbaycan multikulturalizm modelinin dünyanın ayrı-ayrı yerlərində gedən müharibələr və terrorizmə qarşı yeganə alternativ nümunə olduğunu vurğulayıb.

 

Beynəlxalq əlaqələr üzrə İsrailli ekspert, politoloq və “Ağrı” kitabının müəllifi Arye Qut çıxışında qeyd edib ki, İkinci Dünya müharibəsində faşist rejimindən qaçan minlərlə yəhudilər Azərbaycanda nəinki sığınma məkanı, Vətən tapıblar.  Buna görə Xocalı faciəsinin onun üçün şəxsi faciə olduğunu A.Qut bildirib. Müəllif olduğu "Ağrı" kitabından söz açan israilli politoloq, qeyd edib ki, romanın əsas ideyası Xocalı faciəsinin  dəhşətlərinə baxmayaraq, sonda səmimi sevginin qalib gəlməsidir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan 4 ereb olkesinin turkiye qarsi hormetsizlik numayis etdirdiyini beyan edib
    Ərdoğan 4 ərəb ölkəsinin Türkiyə qarşı hörmətsizlik nümayiş ...
  • sabirabadda 5 neferin xesaret almasi ile neticelenen yol neqliyyat hadisesi bas verib yenilenib
    Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəq...
sabirabadda 5 neferin xesaret almasi ile neticelenen yol neqliyyat hadisesi bas verib yenilenib sabirabadda 5 neferin xesaret almasi ile neticelenen yol neqliyyat hadisesi bas verib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ