İlhan Aşkın: "Niderlanddakı erməni təşkilatları həbsim üçün hər vasitə ilə təzyiq göstərməyə başlayıblar"

ilhan askin niderlanddaki ermeni teskilatlari hebsim ucun her vasite ile tezyiq gostermeye baslayiblar

Niderland Krallığında ermənilərin şikayəti əsasında barəsində cinayət işi qaldırılan Azərbaycan diaspor təşkilatının rəhbəri İlhan Aşkınla bağlı son məhkəmə iclasına hazırlıq başlayıb.

 

Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İ. Aşkın APA-ya açıqlamasında bildirib ki, martın 3-də keçiriləcək məhkəmə öncəsi ondan şikayət edən Niderland Erməni Təşkilatları Federasiyası (FAON) ilə Hay Tad Ədalət və Demokratiya Niderland Erməni Komitəsi (NETF) İ. Aşkının həbsi üçün hər vasitə ilə təzyiq göstərməyə başlayıblar.

 

Təşkilatın rəhbərləri əslən İran erməniləri olan Hakverdi Matavous və Massis Abrahamyandır.

 

İ. Aşkın qeyd edib ki, məhkəməni uduzacağı təqdirdə, onu 2 il müddətinə həbs və ya 20 000 avro cərimə, o cümlədən digər maliyyə sanksiyaları gözləyir: “Ermənilər çox ciddi formada məhkəmə ilə bağlı Niderlandda basqıya başlayıblar, amma biz çalışırıq ki, məhkəməni uduzmayaq. Çünki heç kimi təhdid etməmişik. Ermənilərin azərbaycanlıların başına gətirdikləri Xocalı soyqırımı və digər təcavüzlərdən bəhs etmişik”.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır: “İlhan Aşkının hüquqlarının müdafiəsi üçün qanunvericiliyin imkan verdiyi bütün zəruri addımlar atılır. Hesab edirik ki, həmvətənimizə qarşı yönəlmiş bu qərəzli və əsassız ittiham bütün azərbaycanlıları narahat edir. Xaricdə yaşayan soydaşlarımız da İlhan Aşkına dəstək üçün əlindən gələni etməyə hazırdır”.

 

Qeyd edək ki, Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İ. Aşkın 2014-cü ildə Almelo şəhərində “erməni soyqırımı” abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. Erməni diasporu İ. Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İ. Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • jurnalist rasim eliyevin olumunde teqsirlendirilen sexslerin apellyasiya sikayetleri temin edilmeyib
    Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin...
  • azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir
    Azərbaycanda 17 rayonda 23 modul tipli məktəb quraşdırılır...
azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8627
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ