Niderlandda "erməni soyqırımı"nı inkar edən diaspor rəhbəri məhkəməsinin ədalətli olacağına şübhə edir

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın dekabrın 6-da məhkəmə qarşısına çıxacaq.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verdiyi məlumata görə, İ. Aşkın erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunub.

 

İ. Aşkın 2014-cü ildə Almelo şəhərində “erməni soyqırımı” abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edib. Diaspor rəhbəri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib.

 

O qeyd edib ki, ermənilər Qarabağ müharibəsində uşaq, qadın, qoca demədən minlərlə insanı ağlasığmaz işgəncələrlə qətlə yetirilib. Erməni diasporu isə İ. Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb. Guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir.

 

İ. Aşkın bildirib ki, o, Hollandiyada Azərbaycan həqiqətləri, Xocalı soyqırımı ilə bağlı fəaliyyətinə, xüsusilə ilə də erməni saxtakarlığına qarşı apardığı mübarizəyə görə erməni diasporunun hədəfindədir. Diaspor rəhbəri məhkəmə prosesinin ədalətli aparılacağına da şübhə ilə yanaşır. Çünki onun yaşadığı və məhkəmənin qurulacağı Almelo şəhərinin daxil olduğu Overreysel vilayət məhkəməsinin sədri milliyyətcə erməni olan Takvor Avedisyandır.

 

Qeyd edək ki, İ. Aşkının rəhbərliyi ilə Azərbaycan-Türk Kültür Dərnəyi  2007-ci ildə  Xocalı  şəhidləri üçün Hollandiyada abidə ucaldıb, Haaqada yerləşən beynəlxalq təşkilatların ofisləri qarşısında Azərbaycan faciələri ilə bağlı etiraz aksiyaları təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dim yanginla bagli texliye olunan abituriyentlere muraciet edib
    DİM yanğınla bağlı təxliyə olunan abituriyentlərə müraciət e...
  • erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib
    Ərdoğan Qərbin Türkiyəyə qarşı embarqo planının nəticəsiz ol...
erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ