Niderlandda "erməni soyqırımı"nı inkar edən diaspor rəhbərinin məhkəməsi gələn ilə keçirilib

niderlandda ermeni soyqirimi ni inkar eden diaspor rehberinin mehkemesi gelen ile kecirilib

Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın dekabrın 6-da məhkəmə qarşısına çıxıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, diaspor rəhbəri bildirib ki, məhkəmədə yalnız müəyyən məlumatlar, şahidlərin qəbul edilməsi, növbəti məhkəmə prosesinin detalları müzakirə edilib və proses 2017-ci il martın 3-ə təyin olunub.
 

Bu il oktyabrın 4-də ifadə vermək üçün polis idarəsinə dəvət edilən diaspor rəhbəri 4 saatdan artıq ifadə verdiyini bildirərək, məsələ ilə bağlı 2 il sonra iddia qaldıranlardan ikisinin erməni federasiyasının üzvü, birinin isə Niderland vətəndaşı olduğunu əlavə edib.

 

İlhan Aşkın deyib ki, məhkəmə heyətinin təyin etdiyi iki ekspertdən biri qondarma “erməni soyqırımı” iddialarını müdafiə edən Erik van Zukerin türklərə qarşı mövqeyi bəllidir və onun nə qədər səmimi olacağı şübhə altındadır. 
 

Diaspor rəhbəri məsələ ilə bağlı türk əsilli niderlandlı akademik, tarixçi Armand Sağ ilə görüşüb və hesabatın hazırlanması qərara alınıb: “Artıq bu istiqamətdə fəaliyyətə başlayan Armand Sağın məhkəmədən öncə hesabat hazırlayıb bitirməsi və martın 3-də məhkəməyə təqdim olunması nəzərdə tutulub”.


Məhkəmə prosesinin keçirildiyi binanın qarşısına toplaşan Niderland, Belçika, Almaniya, digər ölkələrdən gəlmiş Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri diaspor rəhbərinə dəstək nümayiş etdiriblər. 

 

Qeyd edək ki, Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İ. Aşkın 2014-cü ildə Almelo şəhərində qondarma “erməni soyqırımı” abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edib. İ. Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. Erməni diasporu İ. Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İ. Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gedebey sakini tanisi terefinden doyulub
    Gədəbəy sakini tanışı tərəfindən döyülüb
  • semkirde 3 otaqli evde yangin olub
    Şəmkirdə 3 otaqlı evdə yanğın olub
semkirde 3 otaqli evde yangin olub semkirde 3 otaqli evde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ