Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali səviyyəli toplantısı başa çatıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı başa çatıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, sabiq prezident, baş nazir və tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə baş tutan görüşün panel iclaslarında Avropada multikulturalizm, tolerantlıq təcrübəsi, hökumətlərin multikulturalizm üçün dəstəyi, multikulturalizmin görünən riskləri və onları azaltmağın yolları, eləcə də Avropada sülhün gələcəyi və Balkanlardakı problemlər geniş müzakirə olunub. Müzakirələrdə qeyd olunub ki, bu gün bütün dünyada müsəlmanların hüquqlarının pozulması halları artmaqdadır.

 

Bosniya və Herseqovinadakı Yəhudi icmasının rəhbəri Yakob Finci isə Bosniyada yəhudilərə olan münasibəti multikulturalizm nümunəsi adlandırıb.

 

Panelin iştirakçıları miqrasiya axınının təsirinə məruz qalan Avropa multikulturalizminin gələcəyini, ümumiyyətlə, Avropada sülhün gələcəyini, qitəyə təsir gəstərən dünya siyasətindəki yeni aksentləri müzakirə ediblər.

 

Müzakirələrdə bölünmüş İttifaqın Balkanlara qarşı öhdəliklərini necə yerinə yetirəcəyi, miqrasiya, yeni millətçi sağ hərəkatının baş qaldırmasının sülhün gələcəyini təhlükəyə alması ilə bağlı problemlərdən çıxış yolları axtarılıb.

 

Toplantıda 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq  məsələləri də diqqət mərkəzində olub, Forumun gündəliyinə dair geniş fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı noyabrın 22-23-də keçirilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ