Parisdə Bakı Prosesi Beynəlxalq İşçi Qrupunun ali toplantısı keçirilib

parisde baki prosesi beynelxalq isci qrupunun ali toplantisi kecirilib

UNESCO-nun baş qərargahında Azərbaycanın təşəbbüsü və beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirakı ilə Bakı Prosesi Beynəlxalq İşçi Qrupunun ali toplantısı keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, işçi qrupun katibi Vasif Eyvazzadə və Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edərək “Bakı prosesi”, gələcək Forumun prioritetləri, tərəfdaş beynəlxalq təşkilatlardan gözləntilər barədə məlumat veriblər.

 

UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan hökumətinin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələri alqışlayaraq “Bakı prosesi”nin həm mədəniyyətlər arasında dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında vacib platforma olduğunu qeyd edib və rəhbərlik etdiyi qurumun IV Ümumdünya Mədəniyyətlərarası Forumunun təşkilində vacib tərəfdaş rolunda çıxış edəcəyini bildirib.

 

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir “Bakı prosesi” çərçivəsində uzun illərə dayanan səmərəli əməkdaşlığın olduğunu qeyd edib, həmçinin növbəti Dünya Forumu çərçivəsində bir sıra tədbirləri təşkil edəcəklərini vurğulayıb.

 

Daha sonra Dünya Turizm Təşkilatının regional direktoru Amr Abdel-Qaffar, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının direktoru Marsela Villareal, ISESCO baş direktorunun müavini Amina Al Hajri və başqaları “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində tərəfdaşlığın vacibliyini vurğulayıb, 2017-ci ildə keçiriləcək Forumla bağlı təkliflərini bildiriblər.

 

Nazir Ə.Qarayev irəli sürülən təkliflərə görə təşəkkürünü bildirərək Azərbaycanın sülhə, əməkdaşlığa və dialoqa sadiqliyini daim nümayiş etdirdiyini söyləyib və səslənən fikirlərin dekabrın sonuna kimi proqram şəklində hazırlanacağını və yekun sənədlərlə birgə tərəfdaş beynəlxalq qurumlarla paylaşılacağını bildirib.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • belcika sefiri alxanlida bas verenler facie idi
    Belçika səfiri: "Alxanlıda baş verənlər faciə idi"
  • bakida belcikanin musteqillik gunu qeyd olunub
    Bakıda Belçikanın Müstəqillik Günü qeyd olunub
bakida belcikanin musteqillik gunu qeyd olunub bakida belcikanin musteqillik gunu qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ