“Qarabağ Kolleksiyası” Britaniyanın “Vogue” jurnalında dərc olunub

Yüzillik tarixi olan “Vogue” jurnalının Britaniya bölməsinin internet səhifəsində 25 yaşlı dizayner Leoni Mergenin London Moda Həftəsində təqdim olunacaq “Qarabağ Kolleksiyası” yerləşdirilib. Berlinli dizaynerin kolleksiya ilə http://bit.ly/voguekarabakhcollection səhifəsində tanış olmaq mümkündür.

 

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya bildirilib ki, “Qarabağ Kolleksiyası”nın ilk təqdimatı ötən ayın ortalarında Berlində təşkil olunan “Mercedes-Benz” Moda Həftəsində olan dünya premyerası və daha sonra yenə də Almaniya paytaxtında “L’Oréal Professionnel” brendinin ənənəvi tədbirində yüksək səviyyəli nümayişindən sonra keçirilib. London Moda Həftəsi adətən, beynəlxalq moda elitasının qaymaqları olan 5000-dən artıq insanı cəlb edir. Tədbirdən sonra TEAS-ın Londonun Şorditç rayonunda yerləşən Andaz Studiyasında keçirilən ziyafətinə yüksək təbəqədən olan 100-ə yaxın modasevər qatılıb. Tədbir BBC və AzTV-də işıqlandırılıb.

 

Leoni hazırkı kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalarından ibarətdir. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxaları və qollu çuxalar təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.

 

Leoni Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən,  eyni zamanda texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri auditoriya tərəfindən yüksək qiymətləndirilib. Bu kolleksiyanın hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədi ilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir. 

“Sleek” jurnalı yazır ki, “Dizayner dərin kəsilmiş yaxaları uzunqol örtüklərlə nazik parıltılı dəri və incə ipəklə kombinasiya etmiş və bununla qədim İpək yolunda birləşdirici mərkəz olmuş Azərbaycanın irsinə müraciət edib. Dizaynerin ilk özünəməxsus nümayişində həndəsi formada olan göy və tünd qırmızı rəngli ornamentlər regionun məşhur kilimlərini xatırladır”.

 

Şərhçi Harri Let “C-Heads” jurnalı üçün yazısında qeyd edib: “Əşyalar formasına görə təvazökar olsa da, xəz, ipək, məxmər və dərinin birləşməsi onları çox zəngin və mürəkkəb edir: bunlar dərin, cəlallı rənglərlə bərq vuran və mülayim, klassik tekstura ilə zəngin olan əşyalardır. Mergen həqiqətən ənənə pərəstişkarıdır və bizə ənənənin tərəqqi ilə necə birləşə bildiyini göstərir; biz irəli getmək üçün ənənələrdən imtina etməməliyik, biz onları azad və dürüst şəkildə əhatə etməliyik.”

 

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov bildirib ki, “Qarabağ kolleksiyası TEAS üçün çox maraqlı layihədir: “Biz gənc berlinli dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və bu layihəni dəstəkləməkdən məmnunuq. Beynəlxalq media məkanında yüksək səviyyədə işıqlandırılan və geniş auditoriyanın diqqətini cəlb edən “Qarabağ kolleksiyası” nın təqdimatı çərçivəsində Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu göstərmək və milli mədəni irsimizi qorumaq üçün çox gözəl imkandır”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ