Rusiyadakı azərbaycanlı diaspor fəalının məqaləsi "Soyuz Nasionalnostey" jurnalında dərc olunub

rusiyadaki azerbaycanli diaspor fealinin meqalesi soyuz nasionalnostey jurnalinda derc olunub

Rusiyadakı azərbaycanlı diaspor fəalı Araz Mürsəliyevin nüfuzlu "Soyuz Nasionalnostey" jurnalında məqaləsi dərc olunub. APA-nın Moskva müxbirin verdiyi məlumata görə, "Rusiya-Azərbaycan: effektli diplomatiya və əbədi dostluq" (Россия – Азербайджан: эффективная дипломатия и дружба навеки) başlığı ilə dərc olunan məqalə Rusiya-Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunub.

Müəllif məqalədə iki ölkə arasında çoxəsrlik tarixə malik münasibətlərin dostluğa, sıx ticarət, iqtisadi və mədəni əlaqələrə əsaslandığını qeyd edib. Sovetlər İttifaqı dağılandan sonra müstəqillik qazanan Azərbaycan və Rusiyanın heç də sadə dövr yaşamadığını bildirən A. Mürsəliyev hər iki ölkə arasında 25 il ərzində qurulan münasibətlərin böyük məsafə qət etdiyini vurğulayıb: "SSRİ-nin süqutundan sonra faktiki olaraq Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında münasibətlər sıfırdan qurulmağa başladı. Bu gün Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır. İki ölkə arasındakı münasibətlər bərabərhüquqluluq, mehriban qonşuluq, çoxəsrlik dostluq və qarşılıqlı hörmət prinsipinə əsaslanır".

 

Müəllif Rusiya və Azərbaycan arasındakı əməkdaşlığın Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə yardım etdiyini qeyd edib.

 

A. Mürsəliyev Rusiya prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlandığını bildirib. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin qarşılıqlı səfərlərini xatırladan müəllif hər iki ölkənin xarici siyasət, iqtisadi və mədəni əməkdaşlıqda baxışlarının üst-üstə düşdüyünü yazıb: "Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi vaxtda rəsmi Bakı öz mövqeyini ortaya qoydu".

 

"Çoxəsrlik dostluq, xalqlar arasındakı sıx bağlılıq Rusiya və Azərbaycan arasındakı münasibətlərin bütün fəaliyyət sahələrində hiss olunur. Hal-hazırda Rusiyanın müxtəlif regionlarında 3,5 milyondan çox həmyerlimiz yaşayır. Həmyerlilərimiz Rusiyanın müxtəlif fəaliyyət sahələrinə uğurlu şəkildə inteqrasiya ediblər. Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyi təşkilatı AMOR azərbaycanlı gənclərin ölkə cəmiyyətinə inteqrasiyasında, iki ölkənin gəncləri arasında dialoqun və əməkdaşlığın möhkəmləndirilməsində mühüm işlər görür. Bu gün AMOR-un Rusiya Federasiyasının 70-dən çox regionunda nümayəndəliyi fəaliyyət göstərir", - deyə A. Mürsəliyev bildirib.

 

Qeyd edək ki,  Həmyerlimiz Araz Mürsəliyev Rusiyada aktiv diaspor fəaliyyəti ilə məşğul olur. O, eyni zamanda Rusiya Xalqlar Assambleyası Şurasının sədr müavini, Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının eksperti, Dövlət Dumasının Ekspertlər Şurasının üzvü, Dövlət Dumasının deputatı, "Yedinnaya Rossiya" fraksiyasının üzvü Hacımət Səfərəliyevin köməkçisidir. A. Mürsəliyevin rəhbərlik etdiyi "Xalqlar Dostluğu" Fondu Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsi, Rusiya Xalqlar Assambleyası və Moskva Hökuməti ilə birgə bir sıra layihələr həyata keçirir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • natiq eliyev bazarda stabilliyin qorunmasi ucun neft hasilati azaldilmalidir
    Natiq Əliyev: "Bazarda stabilliyin qorunması üçün neft hasil...
  • bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir
    Bakıda "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Tic...
bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ