Azərbaycan şirkətlərinə məxsus yüklərin Ukraynada oğurlanması məsələsi Ali Radada qaldırılacaq

azerbaycan sirketlerine mexsus yuklerin ukraynada ogurlanmasi meselesi ali radada qaldirilacaq

Azərbaycan şirkətlərinə məxsus yüklərin Ukraynada oğurlanması ilə bağlı məsələ Ali Radada (parlament) qaldırılacaq.

 

Bu barədə APA-ya açıqlamasında Ukrayna-Azərbaycan Parlamentlərarası İşçi qrupunun rəhbəri Maksim Kuryaçiy bildirib.

 

O qeyd edib ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun müraciəti əsasında o, ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə rəsmi sorğu göndərib: “Bu günlərdə sorğuma cavab veriləcək və bunun əsasında Radanın gələn həftə keçiriləcək plenar iclasında bu məsələni müzakirəyə çıxaracağam. Bizim üçün uzun illərdir dost olan ölkəyə məxsus şirkətlərə, iş adamlarına qarşı bu kimi əməllər əlbəttə ki, bizi də ciddi narahat edir. Azərbaycanlılar Ukraynanın həyatında olduqca fəaldırlar və biz buna əngəllər yaradılmasına imkan verə bilmərik. Hesab edirəm ki, Ali Rada da bu məsələni nəzarətə götürərək, lazımı addımlar atacaq".

 

Qeyd edək ki, son günlər Ukraynada içərisində Azərbaycanın “Azərsun Holding”, “Veysəloğlu”, “Dapna LTD”, “Epidomed” və digər şirkətlərinə məxsus yüklərin olduğu 20-dək ağır tonnajlı maşınlar naməlum şəxslər tərəfindən oğurlanıb. Maşınlarda olan yüklərin hər birinin maddi dəyəri 200-300 min ABŞ dolları həcmində qiymətləndirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • natiq eliyev bazarda stabilliyin qorunmasi ucun neft hasilati azaldilmalidir
    Natiq Əliyev: "Bazarda stabilliyin qorunması üçün neft hasil...
  • bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir
    Bakıda "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Tic...
bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ