Ukraynada girov götürülən azərbaycanlı iş adamı azad olunub

ukraynada girov goturulen azerbaycanli is adami azad olunub

Ukraynada daha bir azərbaycanlı iş adamı girov götürülüb.

 

APA-nın məlumatına görə, 1977-ci il təvəllüdlü Elvar İsgəndərov paytaxt Kiyev şəhərində yaşadığı mənzilin qarşısında oğurlanıb.

 

Bir müddət sonra E. İsgəndərov qohumlarının səyi nəticəsində pul müqabilində azad olunub.

 

Xatırladaq ki, son bir neçə ildə Ukraynada azərbaycanlı iş adamlarının və övladlarının oğurlanaraq pul müqabilində azad olunmaları faktları aşkarlanıb. Bununla bağlı ötən ilin sentyabrın 14-də Ukraynada yaşayan azərbaycanlılar Kiyevdə Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər, erməni əsilli nazir Arsen Avakovu baş verənlərlə bağlı ittiham ediblər. Bunun ardınca Azərbaycanın baş prokuroru Zakir Qaralov ukraynalı həmkarı Yuriy Lutsenkoya müraciət edib. Azərbaycanın Ukraynadakı səfirliyinin yaydığı məlumatda bildirilirdi ki, Ukrayna Baş Prokurorluğu bununla bağlı ölçü götürəcəyini bəyan edib. Lakin indiyədək fakta dair cinayət işi başlanmayıb, araşdırma aparılmayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde makron ve putin arasinda gorus olub yenilenib
    Parisdə Makron və Putin arasında görüş olub - YENİLƏNİB...
  • moskvada bas veren qasirga neticesinde 11 nefer olub
    Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb...
moskvada bas veren qasirga neticesinde 11 nefer olub moskvada bas veren qasirga neticesinde 11 nefer olub +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ