Ukraynada Azərbaycanlıların Koordinasiya Mərkəzi yaradılıb

Dekabrın 29-da Ukraynanın Dnepr şəhərində “Azərbaycanlıların Dnepropetrovşinada ictimai birliyi” adlı Koordinasiya Mərkəzi yaradılıb.

 

APA-nın məlumatına görə, Mərkəzin yaradılmasında “Dnepropetrovsk Azərbaycanlıları Liqası” fəal iştirak edib.  Koordinasiya mərkəzi  Dnepropetrovsk vilayətinin ictimai, siyasi və iqtisadi həyatında fəal iştirak edərək Azərbaycan diasporunun inkişafına əlavə dəstək verəcək.

 

Yeni təşkilatın rəhbəri vəzifəsinə Dnepr şəhər sakini, tanınmış iş adamı, mesenat Firuz İbrahimov seçilib.  “Koordinasiya mərkəzi məsələlərin birgə, kollektiv surətdə həlli üçün vacibdir. Firuz İbrahimov Dnepropetrovsk vilayətində yaşayan azərbaycanlılar arasında lider kimi tanınır. Təəccüblü deyil ki, o, bu vəzifəyə yekdilliklə seçildi”, deyə təşkilatın nümayəndəsi Eldar Tağıyev bildirib.

 

Qeyd olunub  ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Mərkəzin yaradılmasına xüsusi dəstək göstərib.

 

Mərkəzin açılış mərasimində Dnepr şəhərinin sabiq meri, hazırda millət vəkili olan Maksim Kuryaçiy, Dnepropetrovsk vilayət sovetinin deputatı İsgəndər İsgəndərov, digər rəsmi şəxslər və iş adamları iştirak edib.

 

Mərkəzin təntənəli açılış mərasimi bayram konserti ilə davam edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ