Ümumrusiya Azərbaycan Konqresi separatçı rejimin “KVN” festivalında iştirakına etiraz edib

umumrusiya azerbaycan konqresi separatci rejimin kvn festivalinda istirakina etiraz edib

Ümumrusiya Azərbaycan Konqresi yanvarın 10-da Soçidə start götürən "KiViN-2017" adlı Şən və Hazırcavablar Klubu (KVN) beynəlxalq festivalında işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən komandanın iştirakı ilə bağlı bəyanat yayıb. 


APA-nın Moskva müxbirinin xəbərinə görə, Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyasındakı bütün Azərbaycan diaspor təşkilatları adından separatçıları təmsil edən komandanın festivalda iştirakına etiraz edib. Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu ərazidə yaradılan qondarma rejimi dünyanın heç bir dövləti tanımır. Ona görə də, separatçıların komandasının festivalda iştirakı Azərbaycanda olduğu kimi, Rusiyada yaşayan azərbaycanlılar arasında da narazılıq yaradıb. 

 

“Rusiya Federasiyası dünyanın ən böyük çoxmillətli dövlətlərindən biridir. Onun ərazisində 193 millətin nümayəndələri yaşayır. Rusiya Federasiyasının milli siyasətinin məqsədlərindən biri milli və millətlərarası münasibətlərin uyğunlaşdırılmasıdır. Prezident Vladimir Putin öz çıxışlarında dəfələrlə ölkəsinin yüzlərlə xalq və etnosun vətəni olduğunu, millətlərarası razılığın dövlətin mövcudiyyətinin əsas prioriteti və vacib şərti olduğunu bəyan edib. Prezident Putinin sözləri əlbəttə ki, bizə böyük ümid verir. Lakin biz növbəti dəfə Azərbaycana qarşı münasibətdə təxribatın şahidi oluruq”, - deyə bəyanatda vurğulanır. 
 

Qondarma rejimin festivalda iştirakının “Rusiya Federasiyasının dövlət sərhədi haqqında” qanunun da kobud şəkildə pozulması olduğunu diqqətə çatdıran ÜAK müvafiq strukturları tədbir görməyə çağırıb. 

 

Qeyd edək ki, yanvarın 10-da Soçidə “KiViN-2017” Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalı başlayıb. Bu festivalda müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan “Bakı yığması” da iştirak edir. Eyni zamanda, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separat rejimi təmsil edən “Çörək və duz ilə” adlı komanda da yarışa qatılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telebeler arasinda futbol cempionatinin final turu kecirilib
    Tələbələr arasında futbol çempionatının final turu keçirilib...
  • cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib
    Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapılıb...
cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ