Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar bayram tədbiri keçirilib

Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

 

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Mayflower” hotelində təşkil edilən tədbirdə əsasən Vaşinqton və onun yaxınlığında yerləşən ştatlarda yaşayan yüzlərlə soydaşlarımız, o cümlədən ölkəmizin ABŞ-dakı diasporunun fəal üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

 

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov soydaşlarımızı bayram münasibətilə təbrik edərək, Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu bayramın xaricdə həmvətənlərimiz arasında birliyin təşviqi və diaspora təşkilatlarının fəaliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Səfir Azərbaycan prezidenti İlham Əliyevin Həmrəylik günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı təbriki qonaqların diqqətinə çatdırıb.

 

Sonra səfir Azərbaycanın dövlətçilik tarixindən, 1918-ci ildə ölkəmizdə müsəlman dünyasında ilk demokratik dövlətin qurulmasının tarixi əhəmiyyətindən danışıb. Bu xüsusda səfir Heydər Əliyev Fondunun dəstəyi ilə eyni adlı roman əsasında çəkilən “Əli və Nino” filmini seyr etməyi soydaşlarımıza tövsiyə edib.

 

Eyni zamanda, bu ilin ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümünün tamam olması baxımından əhəmiyyətini vurğulayan səfir E. Süleymanov aparılan məqsədyönlü siyasət nəticəsində hazırda Azərbaycanın dünyada ciddi tərəfdaş kimi qəbul edildiyini bildirib. Səfir prezident İ. Əliyevin rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət tədbirləri, o cümlədən Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması, ölkənin siyasi və iqtisadi sabitliyinin təmin edilməsi istiqamətində fəaliyyəti barədə danışıb.

 

Səfir bildirib ki, hazırda dünyanın bir çox məkanlarında dözümsüzlüyün və radikalizmin artması meylləri müşahidə edilsə də, ölkəmizin multikulturalizm modeli və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr dünyada rəğbətlə qarşılanıb.

 

Tədbirdə həmçinin Azərbaycan mətbəxinin ləziz yeməklərinin təqdimatı ilə ziyafət təşkil edilib, ölkəmizin xalq və müasir musiqi nömrələrinin ifasında konsert proqramı təqdim olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ