XİN xaricdəki azərbaycanlıların və Azərbaycandakı əcnəbilərin müraciətlərinə baxılması müddətini azaldıb

xin xaricdeki azerbaycanlilarin ve azerbaycandaki ecnebilerin muracietlerine baxilmasi muddetini azaldib

Xarici İşlər Nazirliyinin (XİN) Kollegiyası “Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlament”ə dəyişikliklər edib.

 

APA-nın məlumatına görə, bu reqlamentə əsasən, XİN tərəfindən “http://mfa.gov.az/?options=content&id=245&language=az” elektron ünvanında təqdim edilən elektron xidmət xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin elektron qaydada qəbul edilməsini, araşdırılmasını və cavablandırılmasını əhatə edir.

 

Dəyişikliyə əsasən, elektron xidmətin icra müddəti azaldılıb. İndiyə qədər müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılıb. Dəyişiklikdən sonra qanunvericilikdə göstərilən hallar istisna olmaqla, müraciətlərə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılacaq.

 

Qeyd edək ki, qanunvericilikdə göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxılma müddəti ən çoxu 30 iş günü uzadıla bilər və bu barədə müraciət edən şəxsə bildiriş göndərilir. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ