Xocalıya həsr olunmuş xatirə konserti London LİVE kanalında yayımlanıb

xocaliya hesr olunmus xatire konserti london live kanalinda yayimlanib

Londonun Kovent Qarden rayonunda yerləşən “St.Paul’s Church” kilsəsində Xocalı soyqırımının 25-ci ildönümünə  həsr olunmuş xatirə konserti haqqında video reportaj London LİVE televiziya kanalında yayımlanıb.

 

Ənənəvi anım konserti bu ilin fevralın 24-də “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.

 

TEAS-dan APA-ya verilən məlumata görə, anım konsertində soprano səsə malik Selcan Nəsibli “Sevil” operasından “Sevil”in ariyasını, pianoçu Ayan Salahova və violonçel ifaçısı Camal Əliyev isə bəstəkarlar Şopen və Raxmaninovun populyar əsərlərini ifa ediblər.

 

Konsert fransız bəstəkar Pyer Tilloyun həmin gecənin dəhşətlərini canlandıran "Xocalı 613" əsərinin ifası ilə yekunlaşıb.

 

Əsər azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnetçi Anna Qaqane və Fransanın “Quatuor Chagall” adlı kamera ansamblı tərəfindən birgə ifa edilib.

 

Sonda tədbir iştirakçılarının hər birinə konsertin CD diski hədiyyə edilib.

 

Məlumat üçün bildirək ki, London LİVE (Canlı yayım) televiziya kanalı Böyük Londonda, həmçinin peyk və kabel vasitəsilə yayımlanır. Onun 200 minə yaxın tamaşaçı auditoriyası var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • semkirde 18 yasli qiz sirke tursusundan zeherlenib
    Şəmkirdə 18 yaşlı qız sirkə turşusundan zəhərlənib...
  • nazir iqtisadi ve maliyye bohrani seraitinde azerbaycan iqtisadiyyati inkisaf edib
    Nazir: “İqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan iq...
nazir iqtisadi ve maliyye bohrani seraitinde azerbaycan iqtisadiyyati inkisaf edib nazir iqtisadi ve maliyye bohrani seraitinde azerbaycan iqtisadiyyati inkisaf edib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ