Britaniyasız Aİ-nin gələcək inkişafına dair 5 ssenari - TƏHLİL

britaniyasiz ai nin gelecek inkisafina dair 5 ssenari tehlil

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropa İttifaqının "Böyük Britaniyasız gələcək inkişafı" adlı 5 ssenari təqdim edib. Bu ssenarilər Avropa İttifaqı Şurasının 9-10 marta nəzərdə tutulmuş iclasında müzakirə olunacaq. Sonra isə “Avropanın gələcəyinin Ağ Kitabı” adlanan bu sənəd martın 25-də Avropa İttifaqına üzv ölkələrin başçılarına təqdim ediləcək. Martın 25-də isə Romada Avropa İttifaqının 60 illiyinə həsr olunmuş təntənəli iclas keçiriləcək.

 

Sənəddə Brexitlə yanaşı Avropa regionunun 2025-ci ilədək inkişaf perspektiv və imkanları da əks olunub. Lakin indiki vaxtda Avropa İttifaqı üçün ən vacib olan məsələ "Brexit"dir. Ssenarilər müxtəlif adlandırılıb və inkişaf istiqamətini əks etdirir.

 

Sənəddə "Brexit"in Avropa İttifaqına dağıdıcı, pis, bədbin təsirini əks etdirən müddəa ümumilikdə yoxdur, bütün gələcək planlar bu və ya digər dərəcədə nikbindir, sadəcə söhbət prosesin dərəcəsindən və konkret addımlardan gedir.

 

İki ssenari biri-biri ilə bağlıdır, bu ssenarilərdə radikal addımlar nəzərdə tutulmur. Faktiki olaraq, söhbət inersiya inkişafından və eyni zamanda vahid bazara istiqamətlənən inkişafından gedir. Avropa İttifaqının rəhbərliyinin fikrincə, belə yanaşma inteqrasiyasına Avropa İttifaqının fəaliyyətinə tədricən yumşaq dəyişikliklərin daxil edilməsi, milli hakimiyyətlərinin vahid bazarın genişləndirilməsinə istiqamətlənən addımların atılması, müəyyən dərəcədə hərbi qüvvələrin birləşdirilməsi, beynəlxalq məsələlərində vahid səslə çıxış etmək və s. daxil edilməlidir. Ssenari Avropa İttifaqının tədricən inkişafını təmin edəcək. Eyni zamanda burada sərhədlərə nəzarətə də diqqət yetirilib. Bununla bağlı vurğulanır ki, nəzarət yaxşılaşdırılsa da, insanların sərhəd nəzarətinə tabe olmadan sərhədləri keçməsi təmin edilməlidir. İnersiya ssenariyə oxşar daha bir ssenaridə isə qeyd edilib ki, burada inkişaf öz ixtiyarına buraxılsa da bəzi sahələrdə əməkdaşlığın gücləndirilməsi vacibdir. Belə sahələrə Avropanın sərhəd və sahil mühafizə sisteminin, xarici siyasəti üzrə vahid fikrin və nəhayət Avropa Müdafiə İttifaqının formalaşdırılması daxildir.

 

Digər ssenaridə üzv ölkələr üçün daha böyük sərbəstlik nəzərdə tutulur. Bu ssenariyə əsasən, sərbəstlik ayrı-ayrı ölkələrin siyasət, hərbi, daxili təhlükəsizlik, vergi tutma, sosial məsələlərlə bağlı könüllü birləşmələrin yaradılmasına gətirib çıxaracaq, nəticədə bu sahədə Avropa İttifaqının vahid qərarları anlayışı tədricən aradan qalxacaq.

 

Nəhayət, Avropa Komissiyası rəhbərliyinin ən xoşuna gələn, güclü inteqrasiyanı nəzərdə tutan ssenari də var. Burada üzv ölkələr əvvəlkindən daha uzağa getməyə səslənilir. Faktiki olaraq, burada söhbət tədricən Avropa İttifaqının federallaşmasından və hakimiyyətin milli orqanlardan alınmasından gedir. Həmçinin bu ssenari, bütün üzv ölkələrin milli valyutalardan imtina edib avroya keçməsini də nəzərdə tutur. Siyasi sahədə isə Avropa İttifaqı xarici siyasətdə bütün üzv ölkələr adından çıxış etməsi hüququ qazanmalıdır. Həmçinin bu yanaşma xarici ticarətə və humanitar məsələlərə də aid edilir.

 

Bütün bunun "Brexit"ə nə aidiyyət var? Bu çox sadədir - sənəd "Brexit"ə müəyyən mənada cavab kimi qiymətləndirilə bilər. Yəni Avropanın gələcək inkişaf istiqamətləri artıq indidən müzakirəyə çıxarılır ki, "Brexit" tamamlanan zaman, yəni 2019-cu ilədək Avropa ölkələri gələcək çıxış yolu seçsinlər.

 

Sənədə ilkin yanaşma Roma deklarasiyasında əks olunacaq. Daha sonra, yəni aprelin 6-da Brüsseldə keçiriləcək sammitdə sənədə yekun qiymət veriləcək.

 

Faktiki olaraq, Avropa Komissiyası "Brexit"dən istifadə edərək Avropanın gələcəyini indidən müəyyənləşdirilmək, "Brexit"lə başlayan mərkəzdənqaçma meyllərini sakitləşdirmək istəyir. Şübhəsiz ki, hər iki mart iclasında Avropa Komissiyası tərəfindən sonuncu ssenari fəal təbliğ ediləcək və lobbiləşdiriləcək. "Brexit"dən müəyyən vaxt keçib, amma hələlik ciddi mərkəzdənqaçma qüvvələri ortaya çıxmayıb. Yəni söhbət ondan getmir ki, bəzi üzv ölkələr Böyük Britaniyanın ardınca ciddi olaraq Avropa İttifaqından çıxmaq istək nümayiş etdirir, amma eyni zamanda hər hansı radikal birləşmədən söhbət açılanda möhkəm müqavimət üzə çıxır. Bu nə anlama gəlir? Doğrudanmı üzv ölkələrin əksəriyyəti vəziyyəti indiki kimi saxlamaq istəyir? Ola bilər. Bu barədə nə sorğu aparılıb, nə də ciddi diqqətə layiq bəyanatlar səslənir, lakin tam əminliklə onu demək olar ki, heç bir ölkə, ilk növbədə də Şərqi Avropa ölkələri radikal inteqrasiya addımlarına nə hazır, nə də razıdır. Bu baxımından inkişaf ssenarilərinə dair sənədin indi müzakirə edilməsi yersizdir, çünki indiki zamanda Yunkerin sənədi ilə onlara təsir etmək əks nəticə verə bilər. Sadə dildə desək, hələlik hər şey əvvəlki kimi gedir, heç bir ölkə Avropa İttifaqından çıxmaq barədə ciddi fikirləşmir, amma onların qarşısına radikal inteqrasiya tələbi qoyulsa, mərkəzdənqaçma meylləri indikindən dəfələrlə güclənəcək.

 

Nikbin proqnoz kimi demək olar ki, əksər ölkələr sənəddə əks olunan inersiya ssenarisini və müəyyən edilmiş sahələrdə tədricən birləşməni seçəcəklər.

 

Bədbin proqnoz kimi demək olar ki, bəzi ölkələr bunu əlavə təzyiq kimi qiymətləndirməklə, müstəqilliklərini itirmək təhlükəsi kimi qiymətləndirərək Avropa İttifaqından çıxmaq istəyəcək.

 

Real proqnoz isə ondan ibarətdir ki, sənədə heç bir konkret cavab alınmayacaq, müzakirə illərə uzanacaq və faktiki olaraq, qoyulan zəhmət nəticəsiz qalacaq. Sənədə, bəlkə də, ümumi yanaşma kimi siyasətləşdirilmiş diplomatik bir reaksiya və rəy veriləcək, amma proseslər bundan uzağa getməyəcək. İndi Avropa ölkələrində, xüsusən də Şərqi Avropa ölkələrində müstəqilliyin məhz Avropa İttifaqından “qorunması” əhval-ruhiyyəsi hökm sürür.

 

Buna əsasən miqrasiya böhranı zamanı Şərqi Avropa ölkələrinə edilmiş təzyiqlər səbəb olur. Amma səbəb də o dərəcədə vacib deyil – vacib nəticədir. Nəticə isə belədir ki, indi heç bir ölkə siyasi inteqrasiyaya hazır deyil. Buna görə də çətin ki, hər hansı bir qərar qəbul edilsin. Halbuki Avropa İttifaqının 60 illiyi ciddi inteqrasiya qərarlarının qəbulu üçün çox münasib vaxtdır. Amma təəssüf ki, son illərdə dünyada inteqrasiya əvəzinə parçalanma tendensiyaları hökm sürür, halbuki "uzunmüddətli gələcək üçün və gələcək nəsillər üçün hansı yol daha faydalıdır sualına birmənalı cavab yoxdur.

 

Bəlkə indiki parçalanma tendensiyaları səhvdir və sənəddə qeyd olunan sonuncu ssenari nə dərəcədə sadəlövh görünsə də, ciddi inkişafa aparan yeganə yoldur? Bəlkə yaratmaq istənilən Avropa Federasiyası indiki təhlükəli xarici siyasi, hətta ola biləcək hərbi təhlükələrə qarşı yeganə çıxış yoludur? Bəlkə xarici amillər elə bir şərait yaradıb ki, birləşməyə səbəb olacaq? Bu sualların cavablarını heç kim bilmir və çətin ki, yaxın zamanda Avropa ölkələri sənədə və bu suallara birlikdə cavab verə bilsinlər.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida universitet binasinda yangin baslayib
    Bakıda universitet binasında yanğın başlayıb
  • neft 1 dollardan artiq ucuzlasib
    Neft 1 dollardan artıq ucuzlaşıb
neft 1 dollardan artiq ucuzlasib neft 1 dollardan artiq ucuzlasib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ