Demokratiya maskası geyinmiş totalitar Polşanın demokratiya və insan haqları dərsləri - TƏHLİL

Bakı - APA. Son vaxtlar dünyada, o cümlədən Avropada demokratiya, insan haqları kimi dəyərlərlə siyasi alver edən qərbin bəzi dairələri və onların pulla satın aldıqları müxtəlif kütləvi informasiya vasitələri özlərini və mənsub olduqları cəmiyyəti dünyanın meyarı hesab edir, bu və ya digər məsələyə yanaşmada Avropanı dünyanın hakimi rolunda görürlər.

Qeyd edək ki, son zamanlar Avropanın özündə irqçilik, neofaşizm, islamofobiya, polis zorakılığı, ekstremizm kimi mənfi tendensiyalar ağır və şiddətli bir formada geniş miqyas almış və bu kimi mənfi hallar az qala bütün dünyanın gözü qabağında baş verir.

 

Qərbin müxtəlif dairələri və onlara pulla xidmət edən qəzetlər, jurnallar və digər nəşrlər təəssüflər olsun ki, bu cür acınacaqlı və dözülməz halları görməməzliyə vuraraq dünyada sülhün, dialoqun və əməkdaşlığın inkişafına töhfə verməyə çalışan ölkələrə, o cümlədən mühüm və mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı olan Azərbaycana qara yaxmaqdan, ölkəmizin ünvanına ağ yalan və quru böhtan yazmaqdan belə çəkinmirlər. Avropada insan haqlarının kobud şəkildə pozulduğu, demokratik və mənəvi dəyərlərin tapdalandığı və olduqca acınacaqlı vəziyyətə düşdüyü ölkələrdən biri də Polşadır. Ötən əsrin 90-cı illərində "Varşava bloku" dağıldıqdan sonra özünün real müstəqilliyini əldə edən Polşa və bu ölkənin hakimiyyəti müstəqil iqtisadi və xarici siyasət həyata keçirmək əvəzinə siyasi və iqtisadi manipulyasiya ilə məşğul olaraq Polşanı dünyanın qlobal layihələrindən kənarda qoyub və ölkə əhalisinin rifah halı, cəmiyyətdə mövcud olan demokratiya və insan haqları uzun illərdir ki, avropalıların meyar hesab etdikləri dəyərlərə yaxın belə düşə bilmir. Burada insan haqlarının kobud şəkildə pozulması ilə bağlı böyük problemlər mövcuddur.

 

Elə götürək məhkəmə sistemini. Bu sistemdə süni süründürməçiliklər hökm sürməkdədir. Polşada ksenofob və irqçi, o cümlədən digər hallar günü-gündən artmaqdadır. Diffamasiya qanunları söz  və mətbuat azadlığını xeyli məhdudlaşdırıb, ölkədə söz və fikir azadlığı üçün ciddi problemlər yaranıb. Ötən il Polşa prokurorluğunun və kəşfiyyat rəsmilərinin “Wprost” həftəlik jurnalında reydlər keçirməsi və jurnalistlərin öz mənbələrini açıqlamamaq hüquqlarını kobud şəkildə pozaraq qanunsuz olaraq gizli səs yazılarını ələ keçirməyə çalışmaları özünü demokratik dəyərlər carçısı hesab edən bir ölkənin əsl simasını göstərdi.  Yaxud 16 noyabrda keçirilən yerli seçkilərin nəticələrinə etiraz olaraq Dövlət Seçki komissiyasının qərargahına daxil olan və komissiya üzvlərinin istefasını və yeni seçkilərin keçirilməsini tələb edən bir qrup fəalı polislərin zorla binadan çıxarmaları, onlarla amansız rəftar etmələri, dinc aksiyanı işıqlandırmağa çalışan jurnalist Yan Pavliski və fotoqraf Tomaz Qzelin isə peşə fəaliyyətlərini yerinə yetirərkən həbs olunmaları yalnız başına demokratiya maskası keçirmiş totalitar rejimin hökm sürdüyü bir cəmiyyətdə baş verə bilərdi. Və yaxud da ki, "Sərhədsiz reportyorlar"ın Polşadakı həbsləri və jurnalistlərin saxlanılmasını pisləyən və onların dərhal azad olunmasını tələb edən, eləcə də bu təşkilatın Polşanın nəqliyyat naziri Slavomir Novakın 2013-cü ildə “Wprost” jurnalına qarşı qaldırdığı iddianı qətiyyətlə pisləyən bəyanatlarını xatırlatmaq kifayətdir. 

 

Bir sıra beynəlxalq təşkilatların, o cümlədən İşgəncələrə qarşı Avropa Komitəsinin və Avropa İnsan Hüquqları Komissarının müvafiq hesabatlarında bir sıra Avropa ölkəsində, xüsusilə Polşada dustaqların saxlama kameralarında dözülməz şəraitin olması, polislərin dustaqlarla qeyri-insani rəftar etmələri ilə bağlı faktlar da mütəmadi olaraq əksini tapır. Polşanın keçmiş prezidenti Aleksander Kvasnevski ilk dəfə olaraq ölkəsində Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanasının mövcud olmasını etiraf edib. Avropa İnsan Hüquqları Məhkəməsi Polşanın Mərkəzi Kəşfiyyat İdarəsinin gizli saxlanma və işgəncə verilməsində birgə iştirakına qarşı qərar çıxarıb. Özünü “demokratik dəyərlərə” sadiq hesab edən Polşanın ABŞ-ın gizli saxlama proqramlarında iştirak edən ilk Avropa ölkəsi olması faktı bu ölkənin nüfuzunu beynəlxalq aləmdə çox mənfi imic qazanılması işinə xidmət edib. Sual olunur, bu cür gizli saxlanma proqramlarını iştirakçısı olan bir ölkənin aşkarlıqdan, demokratiyadan danışmağa mənəvi haqqı çatırmı?

 

Bütün bunlar demokratiyadan ağızdolusu danışan bir ölkənin siyasi hakimiyyətinin müstəqil olmamasını göstərən utancverici bir hadisədir. Bu, həm də Polşada hakimiyyətin dərin böhran keçirdiyini sübut edən faktlardan biridir.

 

Polşanın xarici siyasətində də uzun illərdir, çox maraqlı tendensiya müşahidə olunmaqdadır. Qonşulara qarşı təcavüzkar, riyakar və aqressiv xarici siyasət kursu götürən Polşa beynəlxalq hüquq normalarına məhəl qoymadan demək olar ki, yalnız öz ambisiyalarının əsirinə çevrilib. Bu cür xarici siyasətlə ölkənin beynəlxalq nüfuzu həm Avropada, həm də dünyada sürətlə aşağı düşməkdə davam edir. Avropa İttifaqına daxil olduqdan sonra Polşa burada da özünün dağıdıcı xarici siyasətini davam etdirməyə başladı. Avropa İttifaqında Avropa ölkələri arasında əməkdaşlığın inkişafı və genişləndirilməsi xətti tutmaq əvəzinə Polşa üzv ölkələr arasında ziddiyyətlər və qarşıdurmalar yaratmaqla süni çaxnaşmalara gətirib çıxaran bir yol tutdu. Cəmi 25 il əvvəl sosialist düşərgəsindən qopan və müasir demokratik dəyərlərlə bağlı özünün natamam fikirlərini və çılğın emosiyalarını Avropa İttifaqına daşıyan Polşa əslində bu dəyərlərin mahiyyətini və bu dəyərlərin fəlsəfəsinin nədən ibarət olduğunu özü doğru-düzgün anlaya bilmir. Və əfsuslar olsun ki, bu gün demokratiyadan və insan haqlarından dəm vuran Polşanın diplomatik danışıq tərzi və beynəlxalq davranış forması belədir. Totalitarizmin hökm sürdüyü və diktator rejim tərəfindən idarə olunan bir ölkədən bundan artıq nə gözləmək olar ki?

 

APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ