Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin ilhaqını rəsmiləşdirməyə çalışır - TƏHLİL

ermenistan isgal etdiyi azerbaycan erazilerinin ilhaqini resmilesdirmeye calisir tehlil
Xarici İşlər Nazirliyi martın 2-də “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat təqdim etdi. Hesabatın bir bölməsi “Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və Ermənistanın həmin əraziləri ilhaq etməsi cəhdləri” adlanır.
Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən bütün banklar Ermənistan Milli Bankı tərəfindən lisenziya alır

Bu bölümdə işğal olunmuş əraziləri öz nəzarəti altında saxlamaq üçün Ermənistanın yürütdüyü siyasət, həmin ərazilərdə siyasi, hərbi və iqtisadi baxımdan möhkəmlənmək cəhdləri və bu istiqamətdə həyata keçirdiyi qanunsuz fəaliyyətlərə dair ətraflı məlumat verilir. Bildirilir ki, işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin hərbi birləşmələri Ermənistan hərbi qüvvələri ilə sıx əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir, Ermənistan Müdafiə Nazirliyinin göstərişləri və təlimatları ilə hərəkət edir. Bu birləşmələrin hərbi hazırlığını və ümumiyyətlə hərbi strukturla bağlı yoxlamalar aparmaq məqsədilə prezident Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan da daxil olmaqla, Ermənistanın ən yüksək vəzifə və rütbəli şəxsləri mütəmadi olaraq işğal olunmuş ərazilərə səfər edirlər. Ermənistanda hərbi çağırışçılar hərbi xidmət keçmək üçün işğal olunmuş ərazilərə göndərilir. Həmin ərazilərdə yaralanmış və digər hərbi xidmətə yararsız erməni əsgərlər müalicə olunmaq üçün Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Xəstəxanasına aparılır. İşğal olunmuş ərazilərdə həlak olmuş erməni hərbi qulluqçular Ermənistanın “Yerablur” hərbi qəbiristanlığında dəfn olunur. Bütün bu faktlar Ermənistanın işğal olunmuş ərazilərdə hərbi mövcudluğunu tam olaraq sübut edir və təsdiq edir ki, həmin ərazilərə hərbi nəzarəti faktiki olaraq Ermənistanın Müdafiə Nazirliyi həyata keçirir. Qeyd olunmuş dəlil və sübutlara söykənərək, Avropa İnsan Hüquqları Məhkəməsi də “Ermənistana qarşı Çıraqov işi”ndə Ermənistanın işğal olunmuş ərazilərdə hərbi, siyasi və digər formada mövcudluğunu təsdiqləyir və qeyd edir ki, “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin başlandığı tarixdən münaqişəyə cəlb olunub və qondarma rejimlə sıx əlaqədədir”.

Ermənistan beynəlxalq öhdəlikləri pozaraq, işğal olunmuş əraziləri öz sosial-iqtisadi və gömrük sferasına daxil etməyə çalışır

Bölümdə həmçinin göstərilir ki, Ermənistan beynəlxalq öhdəliklərini, eləcə də ÜTT çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozaraq, işğal olunmuş əraziləri öz sosial-iqtisadi və gömrük sferasına daxil etməyə çalışır. Azərbaycanın işğal olunmuş ərazilərindəki Ermənistanla sərhədboyu mövcud olmuş bütün gömrük məntəqələri dağıdılıb. Ermənistan rəsmiləri, eləcə də qondarma rejim nümayəndələri aşkar şəkildə işğal olunmuş ərazilərin Ermənistanla vahid gömrük zonasında olduğunu açıqlayır. Ermənistan həmin ərazilərə ticarət üstünlükləri verməklə, orada qanunsuz iqtisadi fəaliyyətini davam etdirməyə və istehsal olunan məhsulları dünya bazarlarına çıxarmağa çalışır.

 

Bundan əlavə, Ermənistan tərəfindən qondarma rejimə əhəmiyyətli dərəcədə maliyyə yardımları göstərilir. Ermənistan qondarma rejimin “büdcə” xərclərinin yarısından çoxunu kredit və qrantlar şəklində təmin edir. 2015-ci ildə həmin xərclərin 52 faizi Ermənistan hökumətinin verdiyi illik subsidiyalar hesabına formalaşıb. Qondarma rejimə iqtisadi yardımların göstərilməsi Ermənistanın siyasi rəhbərliyi tərəfindən nəzarət olunan “Hayastan All-Armenia Fund” tərəfindən həyata keçirilir. Ermənistan həmçinin qondarma rejimin hərbi birləşmələrində qulluq etmək məqsədilə hərbçilər yetişdirmək üçün öz ərazisində və xaricdə hərbi treninqlərin keçirilməsini maliyyələşdirir. Bütün bu sadalanan maliyyə yardımları işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyət həyata keçirmək üçün sərf olunur. Bu yardımların əhəmiyyətli hissəsi həmçinin əksər hallarda erməni əsilli şəxslərin təsis və rəhbərlik etdiyi qeyri-hökumət təşkilatları, məsələn “Cherchian Family Foundation”, “Armenian General Benevolent Union” (AGBU), “Tufenkian Foundation”, “Gerald Turpanjian Educational Foundation”, “Cafesjian Family Foundation, Lincy Foundation”, “Shahan Natalie Family Foundation Inc.” və  “Armenian Cultural Association of America” kimi təşkilatlar tərəfindən təmin edilir və işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətin daha da genişləndirilməsinə rəvac verir.

 

Hesabatda Ermənistanın işğal olunmuş əraziləri öz bank və maliyyə sektoruna da daxil etmək cəhdlərinə dair əsaslandırılmış dəlillər təqdim olunur. Göstərilir ki, Ermənistanın Milli Bankı işğal olunmuş ərazilərdə bank sistemi və pul köçürmələri üzərində tam nəzarətə malikdir, Ermənistanın milli pul valyutası olan dram qanunsuz olaraq həmin ərazilərdə istifadə olunur və orada fəaliyyət göstərən bütün banklar Ermənistan Milli Bankı tərəfindən lisenziya alır. 2011-ci ildə Ermənistan Milli Bankı işğal olunmuş Şuşa şəhərində öz filialını təsis edib. 8 erməni bankı - “Artsakhbank”, “Converse Bank”, “Ardshininvestbank”, “Armbusinessbank”, “Armeconombank”, “Araratbank”, “Unibank” və “Ameriabank” işğal olunmuş ərazilərdə fəaliyyət göstərir. Bu banklar “Anelik CJSC” (Rusiya), “Unistrim ASC KB” (Rusiya), “Moneygram International Inc.” (ABŞ), “Quick Post CJSC” və “Swift” də daxil olmaqla, pul köçürmələri üzrə ixtisaslaşmış beynəlxalq operatorlar vasitəsilə pul köçürmələri həyata keçirir. Hətta “Areximbank-Gazprombank Group CJSC” (Rusiya), “Sberbank” (Rusiya), “Promsvyazbank OJSC” (Rusiya), “Deutche Bank Trust Company Americas” (ABŞ), “Deutche Bank AG” (Almaniya), “Commerzbank AG” (Almaniya), “Forabank AKB” (Rusiya), “Citi Bank” (ABŞ), “Raiffeisen Zentral Bank” (Avstriya), “Dresdner Bank” (Almaniya), “UBS Bank” (İsveçrə) və “Mellat Bank” (İran) kimi xarici bankların işğal olunmuş ərazilərdə fəaliyyət göstərən banklarla əlaqələrinin olduğu və maliyyə əməliyyatları apardığı barədə hesabatlar mövcuddur. 1996-cı ildə yaradılmış və qondarma rejimin strukturlarını bank xidmətləri təmin edən “Artsakhbank”ın 22 filialından 7-si İrəvanda, 15-i isə işğal olunmuş ərazilərdə yerləşir.

 

Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq öz vahid telefon kodunu (+374) da tətbiq edib və Azərbaycanın radio-telekommunikasiya şəbəkə və tezliklərini istismar etməkdədir. Bundan əlavə, Beynəlxalq Telekommunikasiya İttifaqının “MCC” və “MNC” kodlarının ayrılmasını nəzərdə tutan E.212 saylı tövsiyəsinə zidd olaraq, 2002-ci ildə işğal olunmuş ərazilərdə yaradılmış “Karabakh Telecom SJSC” müvafiq olaraq, “283” və “04” kodlarını istifadə edir. 2013-cü ildə şirkət öz şəbəkəsini işğal olunmuş Zəngilan rayonuna, 2015-ci ildə isə işğal olunmuş Xankəndi şəhərindən Ermənistana qədər genişləndirib. Ermənistanın “Armentel”, “Vivacell MTS”, “Orange Armenia” mobil operatorları “Karabakh Telecom SJSC” ilə güzəştli qiymətlərlə rouminq xidməti həyata keçirir. “Movisar” (Argentina), “Zain Bahrain” (Bəhreyn), “Etisalat” (BƏƏ), “Netmechanica” (ABŞ), “Alcatel-Lucent” (Fransa-ABŞ), “Comfone” (İsveçrə) və “Mobile Telesystems OJSC” (Rusiya) kimi bir sıra xarici İT şirkətlərinin “Karabakh Telecom SJSC” ilə qanunsuz rouminq əlaqələri var.

 

Hesabatda Ermənistanın işğal olunmuş əraziləri özünün enerji sisteminə daxil etməsi cəhdlərinə dair faktlar da yer alıb. Ermənistanın əsas qaz təchizatçısı və paylayıcısı “Qazprom Ermənistan” həmin əraziləri özünün qaz təchizatı şəbəkəsinə daxil edib. İşğal olunmuş ərazilərdə yaradılmış iki əsas enerji istehsalçı şirkəti – “Artsakhgas” və “Artsakhenergo” 2011-ci ildə Ermənistanda qeydiyyatdan keçmiş “AEG Company”nin tabeçiliyinə verilib. Beləliklə, Ermənistanın işğal olunmuş ərazilərdə öz hərbi, siyasi və iqtisadi mövcudluğunu davam etdirməklə, işğal olunmuş əraziləri özünün sosial-iqtisadi, enerji, gömrük, maliyyə və bank sferasına daxil etməklə və orada fəaliyyət göstərən strukturları maliyyələşdirməklə, onun həmin əraziləri “özününküləşdirmək” və ilhaqını rəsmiləşdirmək cəhdlərinin şahidi oluruq. Ermənistan beynəlxalq hüquqa zidd olaraq və üzərinə götürdüyü beynəlxalq öhdəlikləri kobudcasına pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlərlə məşğul olur. İşğalçı dövlətin işğal etdiyi torpaqlarda bu kimi hərəkət və əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən müvafiq reaksiyanın olmaması və hüquqi qiymətin verilməməsi Ermənistanın bu istiqamətdə fəaliyyətini daha da genişləndirməsinə və qanunsuz əməllərini davam etdirməsinə rəvac verir.     

 

APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib
    Tehranda Azərbaycan Respublika Gününə həsr olunmuş rəsmi qəb...
  • cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib
    Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara aşkarlanıb...
cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2017

USD
1.7023
 
EUR
1.9152
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ