Terrorçuluqla mübarizədə Azərbaycan standartı: Dövlət Departamentinin hesabatına sözardı – Fikrət Yusifov

terrorculuqla mubarizede azerbaycan standarti dovlet departamentinin hesabatina sozardi fikret yusifov

Bu günlərdə ABŞ Dövlət Departamenti 2014-cü ilin yekunlarına dair hesabat təqdim etdi. Sənədin Azərbaycan bölməsində ölkəmizin terroçuluğa qarşı apardığı mübarizə yüksək dəyərləndirilib və Azərbaycanın təhlükəsizlik sahəsində gördüyü işlər nümunə kimi təqdim olunub. Hesabatda deyilir: “Azərbaycan terrorçuluğa qarşı mübarizədə ABŞ-la qüvvətli tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycan aktiv surətdə Qafqaz vasitəsilə insan resursları və pul vəsaitinin daşınmasına cəhd göstərən terrorçu təşkilatların fəaliyyətinin qarşısının alınmasında iştirak edir. Azərbaycan özünün antiterror səylərini müvafiq əməllərdə ittiham olunan şəxslərin hüquqi çərçivədə təqib olunması, mühüm sayda qeyri-leqal silah və sursatın müsadirəsi, habelə xarici ölkələrdə terrorçu qismində vuruşmuş şəxslərin geri qayıtdıqdan sonra həbsi məsələlərinə yönəldib. Azərbaycan özünün antiterror qanunvericiliyində müvafiq dəyişikliklər edərək xarici ölkələrdə terror birliklərinin tərkibində vuruşma hallarına qarşı cəza tədbirlərini də gücləndirib”.

 

ABŞ Dövlət Departamentinin bu qənaəti Azərbaycanın terrorçuluğa qarşı mübarizədə həyata keçirdiyi əməliyyatlara və xüsusi xidmət orqanlarının işinə verilən obyektiv qiymətdir və biz bu kimi ədalətli qiymətləndirmələri digər sahələr üzrə də gözləyirik.  Bu barədə aşağıda daha ətraflı qeydlərimiz olacaq.

 

Bütün dünyanı öz ağuşuna almış, vətəni, milləti, dövləti olmayan bu bəşəri bəlaya qarşı Azərbaycanın apardığı mübarizəyə adekvat qiymət verilib...  Sözsüz ki, təəccüblü heç nə yoxdur. Tolerantlıq və multikultralizm kimi bəşəri dəyərləri özündə birləşdirərək yeni bir islam dövləti modelini dünyaya təqdim edən Azərbaycanın, onun xüsusi xidmət orqanlarının terrorizmə münasibəti başqa cürə ola da bilməzdi. Təkcə son bir ildə həyata keçirilmiş əməliyyatlarla bəlkə də minlərlə insanın həyatı xilas olunub.  

 

Elə isə maraqlıdır, hakimiyyətin ünvanına hər gün iftiralar yağdıran, min cür yalanı tirajlayan qəzetlər və saytlar terrorçuluqla mübarizədə Azərbaycanın nümunəvi tərəfdaş olması barədə hesabatdakı məqamlardan xəbər tutumayıblarmı? Nədən bu barədə bir kəlmə də olsun danışmır, bir cümlə də olsun yazmırlar? Başqalarından obyektivlik tələb edən bu qaraguruh manqası hesabatın əsas hissələrindən birini niyə görməzdən gəlirlər? Aydındır, bu hissə onlara sərf edəcək ruhda deyil və ona görə də bu barədə danışmağı, bu məqamı ayrıca xəbərə çevirməyi lazım bilməyiblər.

 

Bu gün Azərbaycan dünyaya təkcə terrorçuluğa qarşı mübarizə ilə nümunə göstərmir. Bizim çoxlarına nümunə ola biləcək uğurlarımız kifayət qədərdir. Bəzilərində qıcıq yaradan da elə bu üstünlüklərimiz, yaratdığımız nümunələr və müəyyən etdiyimiz standartlardır. Dünən başa çatan I Avropa Oyunları da elə bu nümunələrdən, bu standartlardandır.  Özünün təşkilatçılıq səviyyəsinə görə indiyədək keçirilmiş Olimpiya Oyunlarını da arxada qoymuş bu mötəbər idman yarışı ölkəmizin son illər ərzində əldə etdiyi uğurları da əyani şəkildə nümayiş etdirə bildi. 

 

Təəssüflər olsun ki, Qərb dairələri Azərbaycanın uğurlarını bəzən qısqanclıqla qarşılayır, onları görmək istəmirlər. İyirmi ildən artıqdır ki, Azərbaycanın haqqını tanımayan, ikiüzlü siyasət yürüdən Qərb, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanda hansısa cinayətkarın haqqını müdafiə edib, kimi gəldi “siyasi məhbus” adı ilə qələmə verməklə siyasi əxlaqsızlığın ən kobud formasını nümayiş etdirirlər ki, bu da ölkə ictimaiyyətinin haqlı etirazını doğurur. Dövlət Departamenti bu dəfə də “insan haqları”  və “söz azadlığı” xüsusunda qərəzli mövqe nümayiş etdirib.  Bu mövzuları əhatə edən hissədəki məqamlar Azərbaycan reallıqlarına qətiyyən cavab vermir.

 

Öz müstəqil siyasətilə beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməyə çalışan gənc Azərbaycan dövlətinə qarşı ən müxtəlif formalarda təzyiqlər olunur, onu tutduğu yoldan sapdırmağa çalışırlar. Azərbaycan hakimiyyətindəki millətini sevən, onun müstəqilliyini hər şeydən üstün tutan lider onların maraqlarına cavab vermir. İstədikləri odur ki, Azərbaycanın prezidenti postunda çubuqla idarə olunan marionet olsun.  Budur onların apardığı siyasətin əsas mahiyyəti. Xarici ölkələrin maraqlarını təmin etmək yolunda müqəddəs olan hər şeyi uf demədən ayaq altına qoymağa hazır sapı bizdən olanlar isə Azərbaycanı Liviyanın, Suriyanın, Misirin, Əfqanıstanın gününə salmağa hazırdırlar...  Onları “başa düşmək” olar. Vaxt keçir,  Azərbaycan hakimiyyətinin xalqla münasibətləri daha da möhkəmlənir və onların hakimiyyətə gəlmək  şansları tamamilə sıradan çıxır. Qərbin siyasi dairələri də görməmiş deyillər ki, Azərbaycan hakimiyyətinin dayaqları kifayət qədər möhkəmdir və o, öz gücünü xalqdan alır. Odur ki, şübhə etmirik: Bu gün Azərbaycanın terrorçuluğa qarşı apardığı mübarizəyə yüksək qiymət verənlər çox keçməyəcək ki, Azərbaycanın  digər sahələrdəki uğurlarını da açıq şəkildə etiraf edəcəklər. Haqq nazilir, ancaq heç vaxt üzülmür!

 

Azərbaycanda söz azadlığının mövcud olduğunu göstərən faktlardan biri də elə ABŞ Dövlət Departamentinin hesabatındakı əsassız tənqidi məqamların asanlıqla ölkə içində tirajlanması, bu barədə xəbərlərin hər kəsə əlçatan olmasıdır. Demokratiya, söz azadlığı olmayan ölkədə kimin hünəri çatardı ki, bu tip xəbərləri qəzetində dərc etsin, saytında yayımlasın? Kim cəsarət edib öz Facebook profilində bu barədə  status yaza bilərdi? Ümumiyyətlə, söz azadlığının olmadığı ölkədə Facebook “ayaq aça” bilərdimi? Dövlət Departamentindəki hesabat hazırlayanlar doğrudanmı bu gerçəkliklərin fərqində deyillər?...

 

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar

Birliyinin sədri, iqtisad elmləri doktoru, professor 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ