"Tit-for-tat tariffs" siyasəti sürət yığır - TƏHLİL

tit for tat tariffs siyaseti suret yigir tehlil

Qlobal iqtisadiyyat yeni resessiyaya doğru sürəti artırır

 

Ötən həftə qlobal ticarət müharibəsinin coğrafiyası bütün avrasiya və Amerika qitəsini əhatə etməklə daha da dərinləşməyə meyl etdi. Dövlətlərin qlobal ticarət siyasətində iyunun 1-dən 10-dək baş verənlər proqnozların daha da pisləşməsinə səbəb olaraq qlobal iqtisadiyyatı geriyə çəkəcək. Hələ martda bəzi tədqiqat mərkəzləri qlobal iqtisadi artım proqnozunu azaltmışdılar (fevraldakı 3.3%-dən martda 3.2%-ə qədər).

 

O zaman D.Tramp Avropadan polad və alüminium idxalına tarifin artırılacağı haqda bəyanat vermişdi, amma iyunun 1-dək vaxt var idi. Odur ki, tarif müharibəsinin olmayacağına dair müsbət gözləntilər qalırdı. Müsbət gözləntilər isə resessiya riski ehtimalını azaldırdı.

 

Ancaq iyunun 1-dən ABŞ-ın Avropa polad və alüminiumuna yüksək tarifləri qüvvəyə mindi, yəni neqativ gözlənti doğruldu. Bunun ardınca Avropa İttifaqı ABŞ-dan idxal olunan – Harley Devidson motosikllərindən cins paltar, quş əti  və portağal suyuna qədər, 2.8 milyard avro dəyərində  məhsullara tarifi yüksəltdi. “Tit-for-tat”, yəni “qisasa qisas” adlanan cavab tədbirlər neqativ gözləntiləri daha da ağırlaşdırdı. Nəhayət son olaraq, Donald Trampın “Böyük yeddilər”in Kanadadakı görüşünün yekun sənədini imzalmaqdan imtina etməsi, daha sonra qarşılıqlı ittihamların səsləndirilməsi vəziyyəti daha da ağırlaşdırdı. Dövlətlərin ticarət siyasətinin yaratdığı qlobal risk bütün başqa riskləri üstələdi. Artıq resessiya gözləntiləri yenidən artmağa başlayıb.

 

Resessiya isə Avropa İttifaqında 1) istehsalın aşağı düşməsi, 2) iş yerlərinin bağlanması, 3) alıcılıq qabiliyyətinin məhdudlaşması, nəhayət, 4) ABŞ-la Avropa İttifaqı arasındakı ticarət müharibəsi avronun dəyər itirməsi deməkdir.

 

Avro artıq dəyər itirməyə başlayıb. Səbəb bir tərəfdən ABŞ-la ticarət müharibəsinin kəskinləşməsi fonunda neqativ iqtisadi gözləntilərin artması, o biri tərəfdən də Aİ-nin üçüncü iqtisadiyyatına malik İtaliyada Avropa İttifaqına və vahid valyuta olaraq avroya mənfi münasibəti olan siyasi qüvvənin hakimiyyətə gəlməsidir. Odur ki, avronun dəyər itirməsi tendensiyasının üzümüzə gələn günlərdə davam edəcəyini gözləmək olar.

Ticarət siyasətindəki böhran maliyyə və iqtisadi riskləri artırmaqla neftin də qiymətinin ucuzlaşmasına səbəb ola bilər. Resessiya istehsalı aşağı salmaqla neftə tələbatı da azaldır.

 

 

İbrahim Məmmədov

 

Tarix üzrə fəlsəfə doktoru

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272