® “Azercell” gənclər üçün yeni müsabiqəyə start verir

174 azercell gencler ucun yeni musabiqeye start verir

“Azercell Telekom” MMC mütaliə sevərlər üçün hazırladığı “Gənclər kitab oxuyur” layihəsində qiraətçi qismində iştirak etmək arzusunda olan gənclər üçün müsabiqə elan edir. 

 

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, müsabiqəyə qatılmaq üçün natiqlik və qiraət bacarığına güvənən 18-29 yaş arası gənclər “bookmate@azercell.com” ünvanına özləri haqqında qısa məlumat, foto, əlaqə nömrəsi və səs nümunəsi göndərməlidirlər. Gənclərin sevdikləri kitabdan 2-3 cümlə səsləndirməsi bu müsabiqədə iştirak etməyə kifayət edəcək. Eyni zamanda  səs nümunələri istənilən səsyazma cihazı (mobil telefon, diktofon) vasitəsi ilə qeydə alına bilər. Ən yaxşı qiraətçilər “Azercell” şirkətinin mütəxəssisləri tərəfindən seçilərək “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində “Starbucks” kafesində publika qarşısında kitab oxuyacaqlar. Müsabiqə 19 – 23 tarixlərini əhatə etməklə 5 gün davam edəcək. Qaliblərin elan olunması 26 aprel tarixinə planlaşdırılır. Gənclər müsabiqənin şərtlərinə dair daha ətraflı məlumatı “Azercell”in rəsmi internet və “Facebook” səhifələrində izləyə bilərlər.

 

Məlumat üçün bildirək ki, “Azercell”in “Gənclər kitab oxuyur” layihəsi gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyur. Oxu günlərində “Azercell”in 2 il bundan əvvəl istifadəyə verdiyi “Bookmate” tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən “Starbucks Azerbaijan”nın “Gənclik Mall”da yerləşən kafesində oxunacaq.

 

Qeyd edək ki, “Azercell” ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən “Bookmate” əlavəsi sayəsində bütün “Azercell” abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. “Azercell”in təqdim etdiyi mobil kitabxanada 690 000-dən artıq kitaba çıxış təmin olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • elmar memmedyarov bee nin xarici isler ve beynelxalq emekdasliq naziri ile gorusub
    Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaş...
  • islamiadanin baglanis merasiminin detallari melum olub
    İslamiadanın bağlanış mərasiminin detalları məlum olub...
islamiadanin baglanis merasiminin detallari melum olub islamiadanin baglanis merasiminin detallari melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ