® Galaxy S8 almaq üçün 5 səbəb

174 galaxy s8 almaq ucun 5 sebeb

Galaxy S8 və S8+ smartfonlarının Azərbaycan ərazisinda rəsmi satışın başlanmasına bir neçə gün qalıb. Öncədən sifariş kampaniyası davam edir, flaqmanlara maraq olduqca yüksəkdir. Səbəb, yeni smartfonların çərçivəsiz displeyi və mükəmməl dizaynıdır. Yeni flaqman olduqca maraqlı alınıb, aşağıda göstərilən beş səbəb isə, Galaxy S8-in, hal hazırda ən yaxşı smartfon olmasını izah edir.

 

  1. Sərhədsiz displey.
    Yeni texnologiya ilə, displey çərçivələrdən tamamilə azad olunub. Film və videoları izləyərkən və ya oyun oynayarkən, siz özünüzü qıraqdan izləyici kimi deyil, birbaşa iştirakçı kimi hiss edəcəksiniz. Yeni 18.5:9 nisbəti və SuperAMOLED displey, parlaq və canlı rəngləri olduğu kimi çatdıracaq.
     
  2. Dizayn.
    Simmetrik, dairəvi künclər və şüşə ilə örtülmüş, metaldan hazırlanmış korpus. Flaqman, premium sözünün canlı görünüşüdür. Displeyin ölçülərinin artmasına baxmayaraq (5.8` - Galaxy S8, 6.2` - Galaxy S8+), smartfonlar rahatlıqla bir əlinizdə yerləşir. Səbəb – displeyin, korpusun ön hissəsinin 83.6% təşkil etməsidir.
     
  3. Təhlükəsizlik.
    Ən əsas məqam - göz skaneridir.  On səkkiz aya qədər formalaşan gözün unikal rəsmi, ömrün sonuna qədər dəyişilməz olaraq qalır. Hər bir insanın gözünün rəsmi o qədər unikaldır ki, hətta əkizlərdə belə fərqlənir. Həmçinin, Galaxy S8 və S8+, Üzdən tanıma və Barmaq izi skaneri kimi təhlükəsizlik vasitələri ilə təchiz olunub.
     
  4. Kamera.
    12-meqapiksellik əsas kamera, Dual Pixel və Multi-Frame texnologiyalarına malikdir. Multi-Frame texnologiyası, ard-arda bir neçə kadr çəkib, onları vahid bir şəkildə toplayır, nəticədə hətta zəif işıqlı şəraitdə və ya obyekt hərəkətdə olanda, şəkilin parlaq və aydın olmasını təmin edir. Galaxy smartfonlarında ilk dəfə olaraq, ön kamera smart-avtofokusa malikdir, üz tanıma funksiyası ilə birlikdə, siz və sizin dostlarınızın mükəmməl selfiləri alınacaq. Kameranın tətbiqində filtr, stiker və effektlar tapacaqsınız, bu o deməkdir ki, artıq əlavə tətbiqlər yükləməyə ehtiyyac qalmadı.
     
  5. İstifadə rahatlıqı.
    Yuxarıda göstərilənlərdən əlavə, smartfon rahat istifadə üçün bütün lazımlı funksiyalar ilə təchiz olunub. Galaxy S8 və S8+, IP68 sertifikasiyasından keçib (30 dəqiqə ərzində, 1.5m suyun dərinliyində qala bilər və tozdan qorunub). Dünyada ilk dəfə olaraq, smartfonda 10nm prosessordan istifadə olunub. 8 nüvəli Exynos8895, ötən nəsilə nisbətən 10% daha sürətlidir və akkumulyatorun enerjisindən 20% daha az istifadə edir. Smartfonlarla birlikdə, yüksək keyfiyyətli, ikixəttli AKG qulaqcıqları da təqdim olunacaq. 32-bit səsə malik olan Galaxy S8 və S8+, Hi-Fi audio pleyerlərə xas olan zəngin səs ilə, musiqi sevərlər üçün əla bir tapıntı olacaq. Operativ yaddaş 4Gb, daxili yaddaş isə 64Gb təşkil edir. Həmçinin 256Gb qədər MicroSD kartla, yaddaşı artırma imkanı var.

 

Yeni flaqmanı almaq üçün əsas səbəbləri oxudunuz, lakin siz bu smartfonu yalnız işlədəndən sonra, onun nə qədər innovativ olduğunu başa düşəcəksiniz. Nəzərinizə çatdıraq ki, öncədən sifariş edərək, siz bu smatfonun ilk sahiblərindən ola və hədiyyə olaraq 128 Gb MicroSD kart qazana bilərsiniz. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda beynelxalq xalca festivalinin acilisi olub
    Gürcüstanda Beynəlxalq Xalça Festivalının açılışı olub...
  • bakida meshur hind aktyoru ile gorus kecirilib
    Bakıda məşhur hind aktyoru ilə görüş keçirilib
bakida meshur hind aktyoru ile gorus kecirilib bakida meshur hind aktyoru ile gorus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ