Ağcabədidə qanunsuz ov edən iki nəfər saxlanılıb

agcabedide qanunsuz ov eden iki nefer saxlanilib

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin birgə tədbirlər planına əsasən qanunsuz ov etmənin qarşısını almaq məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı rayonun Üzeyir adlanan sahəsində qanunsuz ov edən iki şəxs saxlanılıb və onlardan 2 ədəd ov tüfəngi, patrondaş, 1 baş qanunsuz ovlanmış çöl donuzunun götürülüb.

 

Araşdırma zamanı qanun pozucularının Ucar şəhəri sakini Həsən Ələsgərov və Göyçay rayon sakini Ayaz İsmayılov olduğu müəyyən edilib və fakt müvafiq qaydada sənədləşdirilib. Qanun pozucularının hər birinin İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilməsi və onlara təbiətə vurduğu 220 manat məbləğində ziyan tətbiq edilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267