Ali məktəblərə qəbul olan 32661 nəfər qeydiyyatdan keçib

Qeydiyyat prosesi 4 sentyabr saat 17:00-də başa çatacaq

Bakı. Könül Kamilqızı – APA. 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin ali məktəblərdə qeydiyyatı davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi xəbərə görə, bu günə kimi ali təhsil müəssisələrinə qəbul olan 32661 nəfər qeydiyyatdan keçib. Onun sözlərinə görə, bu proses 4 sentyabr saat 17:00-dək davam edəcək.

 

Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 29-da başa çatmalı idi. Lakin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 3.4 faizinin təyin olunmuş vaxtadək qeydiyyatdan keçmədiyini nəzərə alaraq qeydiyyatın son müddətinin 4 sentyabr 2013-cü il saat 17:00-dək uzadılması barədə qərar qəbul edib.  Qeyd olunan müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin də qeydiyyat müddəti 4 sentyabr 2013-cü il saat 17:00-da başa çatacaq və bu müddət uzadılmayacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan rusiya serhedinde serhed siper emeliyyati kecirilir
    Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçir...
  • tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir
    Tiflisdə NATO PA-nın yaz sessiyasının plenar iclası keçirili...
tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ