“ASAN ödəniş” sisteminə 97 dövlət orqanı inteqrasiya edilib

asan odenis sistemine 97 dovlet orqani inteqrasiya edilib

“ASAN ödəniş” sisteminə 97 dövlət orqanı inteqrasiya edilib. Dövlət qurumları tərəfindən göstərilən xidmətlərin vahid reyestri yaradılıb. Reyestrə 118 dövlət orqanının 756 xidməti daxil edilib.

 

APA-nın məlumatına görə,  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

 

İnam Kərimov “ASAN xidmət” standartlarının bütün dövlət xidmətlərində tətbiqi məqsədi ilə “ASAN Index” –in yaradıldığını bildirib. Bu ildən dövlət xidmətləri “ASAN Index” vasitəsilə qiymətləndiriləcək və onların reytinqi müəyyən ediləcək.

 

İ.Kərimov qeyd edib ki, elektron xidmətlər sahəsində görülmüş tədbirlər nəticəsində Azərbaycan 2016-cı ildə BMT-nin “Elektron Hökumətin İnkişafı İndeksi” üzrə 193 ölkə arasında 12 pillə irəliləyərək 56-cı yerdə, “Elektron İştirak İndeksi” üzrə isə 30 pillə irəliləyərək 47-ci yerdə qərarlaşıb.

 

Dövlət Agentliyinin sədri bildirib ki, “ASAN xidmət” həmçinin korrupsiya və rüşvətxorluğa qarşı effektiv institusional vasitə kimi çıxış edib: “2016-cı il “Qlobal Korrupsiya Barometri” ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını göstərib. Ölkəmizin göstəriciləri bu sahədə Avropa İttifaqı və postsovet ölkələri ilə müqayisədə daha yüksək olub. Təsadüfi deyil ki, bu sahədə effektiv model axtarışında olan dünya birliyi Azərbaycan brendinin tətbiqi ilə yaxından maraqlanır və bu innovativ xidmət təcrübəsindən faydalanır.

 

“ASAN xidmət”in BMT, Dünya Bankı, Avropa Parlamenti və Afrika İttifaqında, 15-dən çox Avropa və digər dövlətlərdə, o cümlədən beynəlxalq media vasitələrində təqdimatı olub”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • aprelde 143 mln abs dollari mebleginde qeyri neft mehsulu ixrac olunub
    Apreldə 143 mln. ABŞ dolları məbləğində qeyri-neft məhsulu i...
  • tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib
    Tehranda Azərbaycan Respublika Gününə həsr olunmuş rəsmi qəb...
tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2017

USD
1.7023
 
EUR
1.9152
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ