Avropa Birliyi Azərbaycanda demokratiya, insan haqları və regional inkişaf sahəsində layihələrin həyata keçirilməsinə 5 milyon manatdan çox vəsait ayırıb - FOTO - VİDEO

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyi Azərbaycanın qeyri-hökumət təşkilatlarına demokratiya, insan haqları və regional inkişaf sahəsində layihələrin həyata keçirilməsi üçün 5 milyon manatdan çox vəsait ayırıb.

APA-nın xəbərinə görə, AB-nin Azərbaycandakı nümayəndəliyində qrantların təqdimat mərasimi keçirilib.  

 

AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, vətəndaş cəmiyyəti ölkənin inkişafında və islahatların həyata keçirilməsində fəal rol oynayır: “Avropa Birliyi Azərbaycanda vətəndaş cəmiyyətinin ən iri xarici donoru olmaqdan və bu yolla ölkənin demokratik inkişafı prosesində Azərbaycanı və onun vətəndaşlarını dəstəkləməkdən qürur duyur”.

 

AB ümumilikdə 15 layihəni maliyyələşdirəcək. Kənd və regional inkişafla bağlı 7 layihəyə 3 milyon manat ayrılıb. Layihələr 25 rayonda 20 min fermeri əhatə edəcək. KİV, qadın hüquqları, seçkilərin müşahidəsi və əmlak hüquqları ilə bağlı ictimai məlumatlılığın artırılması və monitorinqlərin keçirilməsini nəzərdə tutan 8 layihəyə isə 2,2 milyon manat ayrılacaq. 

 

Layihələr Bakıda və bölgələrdə yaxın 2 il ərzində həyata keçiriləcək.

 

AB-dən qrant alan təşkilatlar bunlardır: UNİCEF, Oksfam, “World Vision” beynəlxalq humanitar təşkilatı, “HEKS-EPER” beynəlxalq təşkilatının Azərbaycandakı nümayəndəliyi, AMFA, “Ümid” İctimai Birliyi, Konrad Adenauer Fondu, Beynəlxalq Mediaya Dəstək Təşkilatı, Azad İqtisadiyyata Yardım İctimai Birliyi, Media Hüququ İnstitutu. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:12 23 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • milli dram teatrinda lutfi memmedbeyovun 90 illiyine hesr olunmus tedbir kecirilib
    Milli Dram Teatrında Lütfi Məmmədbəyovun 90 illiyinə həsr ol...
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2017

USD
1.7447
 
EUR
1.8426
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ