Azərbaycan Milli Məclisində “Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir” adlı beynəlxalq konfrans keçirilir

Bakı. Mübariz Aslanov – APA. Bu gün Milli Məclisdə “Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir” adlı beynəlxalq konfrans başlayıb.

APA-nın məlumatına görə, konfrans Avropa Şurasının “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində keçirilir.

 

Konfransın keçirilməsi ilə əlaqədar Avropa Şurası Parlament Asambleyası (AŞ PA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin Xüsusi Alt Komitəsi də yaradılıb.

 

Tədbirdə Azərbaycandan Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Asəf Hacıyev, Musa Qasımlı və bir sıra QHT rəhbərləri iştirak edirlər.  

 

Konfransa AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin sədr müavini Valeriu Qiletçi, AŞPA-nın məruzəçisi Silvia Eloisa Bone Pero, AŞPA üzvləri Stefan Şennak, Klemens Lammerskitten, Yunanıstan parlamentinin üzvü Maykl Katrinis, o cümlədən UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herevard qatılıblar.

 

Konfrans çərçivəsində təsis olunan Xüsusi Alt Komitənin iclası da keçiriləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 22 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • akademik milli dram teatrinda almaz tamasasinin premyerasi kecirilib
    Akademik Milli Dram Teatrında “Almaz” tamaşasının premyerası...
  • imislide yasayis binasinda yangin bas verib yenilenib
    İmişlidə yaşayış binasında yanğın baş verib - YENİLƏNİB...
imislide yasayis binasinda yangin bas verib yenilenib imislide yasayis binasinda yangin bas verib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9659
 
RR
0.0307
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ