Azərbaycan nümayəndə heyəti BMT qərargahında olub - FOTO

Bakı-APA. Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nazirlik və BMT-nin İnkişaf  Proqramının əməkdaşlarından ibarət nümayəndə heyəti BMT-nin Nyu-Yorkdakı qərargahında olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti ilk olaraq BMT-nin  İctimai Əlaqələr və İctimai İnformasiya üzrə baş katib müavini cənab Peter Launski-Tieffental ilə görüşüb. Görüşdə BMT-nin Gənclər Forumunun gələn il Bakıda keçirilməsi təşəbbüsü bəyənilib və BMT-nin Baş Katibinin də tədbirdə iştirak edəcəyi xüsusi olaraq vurğulanıb. Gənclər Forumu elm, texnologiya, innovasiya və mədəniyyət əsaslı qlobal və dayanıqlı inkişafın mümkün təşviqi yolları və vasitələrin tapılması prosesində gənclərin iştirakı üçün bir platformadır. 

Nümayəndə heyəti eyni zamanda BMT Baş Katibinin yeni təyin olunmuş Gənclər üzrə Səfiri Əhməd Əlhəndavi ilə görüşüb. Gənclər üzrə Səfir Azərbaycanda Gənclər siyasətinin həyata keçirilməsi islahatlarından xəbərdar olduğunu bildirib və Gənclər üzrə Dövlət Proqramını dövlətin Gənclərə qayğısı kimi qiymətləndirib.

Əhməd Əlhəndavi BMT-nin Gənclər məsələləri üzrə ekspertlərinin I Simpoziumunun növbəti ilin iyununda keçiriləcəyini və Bakı şəhərinin bu tədbir üçün münasib olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri İntiqam Babayev BMT Təhlükəsizlik Şurası Modelində iştirakla yanaşı Azərbaycanda həyata keçirilən Gənclər siyasətini, Gənclər təşkilatları və Gənclər Evlərinin fəaliyyətini əyani müşahidə etmək üçün Ə.Əlhəndəvini Azərbaycana dəvət edib.

Müzakirələrin nəticəsi olaraq BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin gənc diplomatları və tələbələrinin iştirakı ilə bağlı məsələlər öz həllini tapıb.  Xatırladaq ki, dörd günlük konfrans Azərbaycan da daxil olmaqla hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunlarını bir araya gətirəcək.

Azərbaycan nümayəndə heyətinin BMT-nin Nyu-York Qərargahına rəsmi səfəri davam edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ