Azərbaycanda Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb

azerbaycanda emek munasibetlerinin tenzimlenmesi ve koordinasiyasi komissiyasi yaradilib

Prezident İlham Əliyev  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanın tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılması barədə sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, Komissiyanın sədri Baş nazirin müavini Əli Əhmədov, üzvləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev təyin edilib.

 

Sərəncama görə, Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılacaq və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə ediləcək.

 

Komissiyaya  ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan prezidentinə təqdim etmək; əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin etmək tapşırılıb.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və Azərbaycan prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərə sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etmək, Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tehlukesizlik orqanlari emekdaslarinin pese bayrami qeyd olunub
    Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olu...
  • tiflisde sona veliyevanin isiga geden yol romaninin teqdimati kecirilib
    Tiflisdə Sona Vəliyevanın “İşığa gedən yol” romanının təqdim...
tiflisde sona veliyevanin isiga geden yol romaninin teqdimati kecirilib tiflisde sona veliyevanin isiga geden yol romaninin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ