Magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb

magistratura ve rezidenturaya sened qebulunun vaxti martin 28 dek uzadilib

Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın 28-i saat 00:00-dək uzadılıb. APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, əvvəlcədən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı idi. Onun sözlərinə görə, aparılan müəyyən analizlər nəticəsində məlum olub ki, hələ də  ərizə verərək təsdiq etməyən insanlar kifayət qədərdir: “Belə ki, magistratura üzrə 2111, rezidenturada isə 900 nəfər hələ də sənədlərini təsdiqləməyib. Bu gecə isə hökumət ödəniş portalında müəyyən problemlər olub. Bütün bunları nəzərə alaraq sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb”.

 

M.Abbaszadə bildirib ki, bu vaxta kimi magistraturaya 10 650 nəfərər ərizəsini təsdiq edib, onlardan 9641-i Azərbaycan, 1009-u isə Rus bölməsinin məzunlarıdır. Onun sözlərinə görə, rezidenturaya isə 949 nəfər ərizəsini təsdiq edib ki, onlardan  825-i Azərbaycan, 124-ü Rus bölməsinin məzunlarıdır: “Bayram günlərində də sənəd vermək və təsdiq etmək mümkündür. Bəzi insanların adları və ya soyadları ilə bağlı müəyyən problemləri olur ki, onlar sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. Sənəd Qəbulu Komissiyaları bayramlarda işləməyəcək. Lakin bayramdan sonra komissiyalar 2 gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cocuq mercanlida xeyli sayda qelpe askarlanib
    Cocuq Mərcanlıda xeyli sayda qəlpə aşkarlanıb
  • berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1
    Bərdədə iki piyadanı vurub qaçan sürücü tutulub - YENİLƏNİB-...
berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1 berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ